Həbsdəki icra başçılarının planı: "Onlar vəkillərindən tələb edir ki..."
02-09-2020 [10:09]
Hazırda həbsdə olan məmurların vəkillərindən əsas bir tələbi var. Bu tələb mətbuata açıqlama verilməməsi, mümkün olduğu qədər də cinayət işi ilə bağlı bütün gedişatı gizli saxlamaqdır.
Məlumata görə, rüşvət və korrupsiyaya görə həbs edilən, ofislərindən, evlərindən külli miqdarda nağd pul çıxan icra başçıları, nazir müavinləri istəyirlər ki, öz işlərini “sakitcə” həll etsinlər. Başa düşürlər ki, onların əməlləri və törətdikləri cinayətin təfərrüatları tam olaraq ictimailəşsə, daha böyük ictimai qınaqla üzləşəcəklər. Bu da onların cəzasının yüngülləşməsinə, daha aşağı həddə cəza almasına mane ola bilər.
Bu cinayət işləri üzrə cəmiyyət üçün maraqlı olan məqamlardan biri də həbs edilən şəxslərin hansı vəkillər tərəfindən müdafiə olunmasıdır.
2019-cu ilin sonundan Ağstafanın icra başçısının həbsi ilə başlayan “məmur əməliyyatları” çərçivəsində həbs edilənləri müdafiə edən vəkillər arasında xeyli tanınmış isimlər var.
Son olaraq ən səs-küylü həbs olaraq dəyərləndirilən sabiq prokuror, sabiq səfir Eldar Həsənovun vəkilinin Adil İsmayılov olduğu məlumdur. Adil İsmayılov mətbuata açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxs mediaya geniş açıqlama verilməsini istəmir. Adil İsmayılov öz feysbuk səhifəsində işin gedişatı ilə bağlı məlumat paylaşmağa çalışır.
Hazırda həbsdə olan sabiq 6 icra başçısı var.
Onlar Ağstafanın başçısı olmuş Nizaməddin Quliyev, Yevlağın başçısı Qoca Səmədov, Neftçalanın başçısı İsmayıl Vəliyev, Biləsuvarın başçısı Mahir Quliyev, İmişlinin başçısı Vilyam Hacıyev və Kürdəmirin başçısı Ceyhun Cəfərovdur.
Sabiq başçılardan əlavə mədəniyyət nazirinin müavini və nazirliyin digər vəzifəli şəxsləri, Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri də “məmur əməliyyatları” zamanı həbs ediliblər.
Sabiq başçıları və digər məmurları müdafiə edən vəkillər arasında bir çox qalmaqallı və səs-küylü proseslərdən tanınan vəkillər- Kamandar Nəsibov, Adəm Məmmədov, Ceyhun Yusifov, Bəylər Məmişov da var.
Həbsdəki sabiq icra başçılarının məhkəməsi nə vaxt olacaq?
Məmurlardan başqa həbsdə olan digər tanınmış şəxslərin müdafiəçiləri də oxucular üçün maraqlıdır.
Hazırda həbsdə olan sabiq müdafiə naziri Rəhim Qazıyevin hüquqlarını vəkil Zibeydə Sadıqova qoruyur.
Qeyd edək ki, Rəhim Qazıyev iyulun 13-də Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda həbsə olan və məhkəməsi tez-tez sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən tanınmışlardan biri də Tofiq Yaqubludur. Müsavat Partiyasının keçmiş başqan müavini Tofiq Yaqublunun hüquqlarını 3 tanınmış vəkil qoruyur. Onlar Aqil Layıcov, Elçin Sadıqov və Nemət Kərimlidir. Tofiq Yaqublu xuliqanlıqda ittiham edilir. Rəsmi məlumatda yazılır ki, Tofiq Yaqublu Elxan Cəbrayılov adlı şəxsin maşınını vurub, sonra da onu döyüb. Tofiq Yaqublu ittihamları qəbul etmir.
AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsdə olan və sonradan ev dustaqlığına buraxılan oğlu, futbol məşqçisi Mehdi İbrahimovun vəkili də Aqil Layıcovdur.
Mehdi Qarabağa dəstək yürüşündə iştiraka görə saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham irəli sürülüb. /Yeni Müsavat
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi