Nazir qardaşının rəhbərlik etdiyi rayonda camaat ayağa qalxdı - Fotolar

img

04-11-2013 [10:52]



Şirvan şəhərində fəaliyyət göstərən "Şirvan" ticarət mərkəzində sahibkarlar üsyana qalxıb. Buna səbəb icarə haqlarının gözlənilmədən, kəskin şəkildə artırılmasıdır. 300-dən artıq sahibkar ticarət mərkəzinin həyətinə toplaşaraq etirazlarını bildirir.

Bu barədə musavat.com-un əməkdaşına məlumat verən mənbənin sözlərinə görə, əvvəllər ticarət mərkəzində yer haqqı müqavilələrdə kvadratmetrə 5 manat göstərildiyi halda indi yarmarkanın rəhbərliyi onlardan 8 manat tələb edir. Üstəlik hər piştaxtaya görə 60 manat ödəyənlər indi 80 manat ödəməlidirlər.

Sahibkarların narazılığı elə bir həddə çatıb ki, hadisə yerinə Şirvan şəhər İcra Hakimiyyətinin və Polis İdarəsinin məsul şəxsləri, digər işçiləri də gəliblər. Ancaq ticarət mərkəzinin rəhbəri Hacı Əvəzağa onların arasında yoxdur. O, sahibkarları, hakimiyyət adamlarını qarşı-qarşıya qoyaraq yoxa çıxıb. 

Mia.az xəbər verir ki, sözügedən şəhərin icra başçısı müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalovdur. Bəzi iddialara görə, yarmarka başçının özünə və digər qardaşına məxsusdur.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA