"Hər şey yaxşı keçsə, 10-15 günə Azərbaycana qayıdacağam" - Əli Həsənov danışdı

img

01-09-2020 [13:29]


"Dəyərli səhifə izləyiciləri, hörmətli KİV təmsilçiləri! Bu gün bir çox sosial şəbəkə resurslarında “KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda” məlumat yayılıb. İddia olunub ki, guya “mənim Türkiyədə müalicə aldığım xəstəxana ilə əlaqə saxlanılıb və səhhətimin təyyarəyə minməyə imkan verib-vermədiyi öyrənilib. Ə.Həsənova deyilib ki, yaxın müddət də geri dönməsə, haqqında beynəlxalq axtarış elan ediləcək və qolu qandallı Azərbaycana gətiriləcək”".

Mia.az xəbər verir ki, bu sözləri  Prezidentin keçmiş köməkçisi Əli Həsənov  sosial şşəbəkədəki hesabında yazıb.

O, daha sonra Baş Prokurorluğun Mətbuat Xidmətinin qeyd olunan məsələ ilə bağlı açıqlamasını yayıb.

Əlavə edib ki, KİVDF-ilə bağlı aparılan mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi onunla maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri barədə yayılan məlumatların heç bir əsası yoxdur: "Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, on-on beş günə Azərbaycana qayıdacağam".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA