Məktəblərdə təhlükəsiz və effektiv təhsil-tədris prosesi necə təşkil olunacaq?
01-09-2020 [11:12]
Avqustun 31-də Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisi tərəfindən COVID-19 pandemiyası dövründə məktəblərdə təhlükəsiz və effektiv təhsil-tədris prosesinin təşkilinə həsr olunmuş ÜST-ün Avropa bölgəsindəki ölkələrin Səhiyyə Nazirləri və nazirliklər nümayəndələrinin iştirakı ilə onlayn müzakirələr təşkil olunub.
Mia.az xəbər verir ki, onlayn formatda keçirilmiş görüş zamanı tədbirin əsas mövzusu ətrafında təcrübə mübadiləsi aparılıb, fikir və düşüncələr bölüşülüb və müxtəlif məsələlər müzakirə olunub.
İtaliyanın Səhiyyə Naziri Roberto Sperenzanın təşəbbüsü ilə həyata keçirilən onlayn görüş zamanı bir neçə iştirakçı ölkənin nümayəndələri bu məsələyə aid öz təcrübələrini bölüşüblər. BMT-nin Uşaq Fondunun (UNICEF), BMT-nin mədəniyyət, elm və təhsil sahəsi üzrə ixtisaslaşmış təşkilatı (UNESCO), ÜST-ün Baş qərargahının və ÜST-ün Əməkdaşlıq Mərkəzlərinin ekspertləri də öz biliklərini bölüşüb və müzakirələrin koordinatorları kimi çıxış edib.
Azərbaycan Respublikasını təmsil edən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Sabinə Babazadə öz çıxışı zamanı onlayn görüş çərçivəsində aparılan müzakirə nəticələrinin ÜST-ün Avropa üzrə Regional Ofisi tərəfindən hazırlanan hesabatda öz əksini tapacağını bildirib. Bu hesabat COVID-19 pandemiyası dövründə təhlükəsiz və effektiv təhsil-tədris prosesinin planlaşdırması və təşkili kontekstində milli təhsil və səhiyyə qurumları üçün istinad sənədi və praktik məsləhət mənbəyi vasitəsi olacaq.
Beləliklə, yaxın günlərdə Səhiyyə və Təhsil nazirlikləri tərəfindən məktəb və təhsil ocaqları üçün sanitar-epidemioloji tələblərə və əlavə təhlükəsizlik qaydalarına uyğun əsas iş prinsipləri müəyyən edilib, ictimaiyyətə açıqlanacaq. Həmçinin, bütün təhsil işçiləri, valideynlər və məktəbliləri narahat edən ən aktual suallar cavablandırılacaq:
Pandemiya dövründə məktəblərdə effektiv təhsil-tədrisin dəstəklənməsi uşaqların sağlamlığı və rifahı üçün çox vacib və əhəmiyyətlidir. Lakin eyni zamanda, müvafiq tədbirlər barədə qərarların dərhal verilməsi və həyata keçirilməsi təhsil və səhiyyə sistemləri üçün böyük bir məsuliyyətdir. Hazırda bir sıra ölkələr qarşısında koronavirusun məktəblilər arasında geniş yayılmamasının qarşısını almaqla yanaşı təhsil-tədris prosesində təhlükəsiz, səmərəli və effektiv məktəb mühitinin yaradılma məqsədi qoyulub.
Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə qeyd edib ki, COVID-19 pandemiyası şəraitində təhsil və səhiyyə sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar tətbiq etməli, yeni prosedurların hazırlanmasına ciddi önəm verməlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi