Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlandı

img

31-08-2020 [17:58]


Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri elan edilib.

Təhsil İnstitutundan Mia.az-a verilən məlumata görə, 17-27 avqust tarixlərində Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyə, Kimya biologiya təmayüllü Respublika liseyinə, S. Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya, S. Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyaya, A. S. Makarenko adına humanitar fənlər təmayüllü Respublika Gimnaziyasına və S.C. Pişəvari adına humanitar fənlər gimnaziyasına, eləcə də bölgələrdə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylərə qəbul imtahanı keçirilib. 

Qəbul olan şagirdlər 10.09.2020-ci il tarixinədək müvafiq lisey və gimnaziyalarla əlaqə saxlayaraq qeydiyyatlarını təsdiqləməlidirlər. Nəticələr haqqında hər hansı sualı olan iştirakçılar 3 sentyabr tarixinədək müvafiq ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA