Azərbaycanda daha 135 nəfər koronavirusa yoluxub, 2 nəfər isə vəfat edib - 127 xəstə isə sağalıb

img

30-08-2020 [17:16]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada koronavirusdan 2 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 36 309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib, 2 075 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 137, bu günə qədər isə ümumilikdə 917 027 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA