HÖKUMƏT ORTA VƏ ALİ MƏKTƏBLƏRDƏ DƏRSLƏRİN BAŞLANMA VAXTI HAQDA YENİ QƏRAR VERDİ - Detallar
29-08-2020 [12:47]
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə qərar verib.
Mia.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin aşağıdakı tarixlərdən əyani formada təşkili təmin edilir:
1.1. məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;
1.2. ümumi təhsil müəssisələrində:
1.2.1. ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – 2020-ci il sentyabrın 15-dən;
1.2.2. xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – 2020-ci il sentyabrın 15-dən;
1.2.3. ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – 2020-ci il oktyabrın 1-dən;
1.2.4. ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən;
1.2.5. ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il oktyabrın 15-dən;
1.3. peşə təhsili müəssisələrində:
1.3.1. qısamüddətli kurslar üzrə – 2020-ci il oktyabrın 1-dən;
1.3.2. peşə təhsilinin bütün səviyyələri üzrə – 2020-ci il oktyabrın 15-dən;
1.4. ali və orta ixtisas təhsili müəssisələrində:
1.4.1. I kurs tələbələri üçün – 2020-ci il oktyabrın 1-dən;
1.4.2. II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – 2020-ci il oktyabrın 15-dən;
1.5. uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərindən asılı olaraq bu Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə.
2. Bu Qərarın 1.2.3-1.2.5-ci, 1.3.1-ci, 1.3.2-ci, 1.4.2-ci yarımbəndlərində və 1.5-ci bəndində nəzərdə tutulan təhsil müəssisələrində, habelə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər təhsil müəssisələrində əyani formada təhsil bərpa olunanadək 2020-ci il sentyabrın 15-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.
3. Nəzərə alınsın ki, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərinin ərazisində sanitar-epidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratmadığı barədə müvafiq olaraq Azərbaycan Respublikasının Baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi olduğu halda, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılması bu Qərarla müəyyən edilən tarixlərdən əvvəl bərpa edilə bilər.
4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarını 10 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri:
5.1. təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirləri mütəmadi davam etsinlər;
5.2. təhsil müəssisələrinə buraxılış rejiminin sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkilini təmin etsinlər;
5.3. təhsil alanların sıxlığı yüksək olan təhsil müəssisələrində siniflərin/qrupların yarımqruplara bölünməsi, yaş qrupları/kursları üzrə dərs və dərsdənkənar məşğələlərdə növbəlilik rejiminin tətbiqi, dərs/məşğələ otaqlarında sosial məsafənin gözlənilməsi, dərs/təlim və dərsdənkənar/praktiki məşğələ saatlarının və dərslərarası/məşğələlərarası fasilələrin diferensiallaşdırılması və optimallaşdırılması, habelə təhsilverənlərin yaşına və sağlamlıq vəziyyətinə görə “COVID-19” xəstəliyinə yoluxma riskinin yüksək olmasından asılı olaraq təlim və tədris prosesinə cəlb edilməsi məsələlərini təlimin və tədrisin təşkili zamanı nəzərə alsınlar;
5.4. hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”na uyğun tədbirlər görsünlər və müvafiq inzibati ərazi vahidinin ərazisində sanitar-epidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratdığı barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul etsinlər;
5.5. bu Qərarın qüvvədə olduğu müddətdə təhsil alanların və təhsil verənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsini təxirə salsınlar;
5.6. bu Qərarın icrası ilə bağlı digər zəruri tədbirlərin görülməsini təmin etsinlər.
6. Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi