Toy, yas və qapalı restoranlara tətbiq olunan qadağalar... - Nə vaxta qədər davam edəcək? + Rəsmi açıqlama

img

29-08-2020 [12:03]


“Şənbə və bazar günləri dərslər olmur. Şənbə və bazar günləri sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlarda nəqliyyatın hərəkəti ona görə məhdudlaşdırılır ki, yoluxma artmasın”.

Mia.az xəbər verir ki, bunu Operativ Qərargahın mətbuat konfransında Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu günə kimi aparılan monitorinqlər göstərir ki, restoranlar açıq məkanlarda fəaliyyəti zamanı, o cümlədən mağazaların əksəriyyəti tələblərə riayət edirlər: “Restoranların qapalı məkanlarda fəaliyyəti ilə bağlı isə hələ qərar qəbul edilməyib”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, ölkə miqyasında toy və yasların keçirilməsi ilə bağlı qadağalar isə hələ qüvvədədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA