Hikmət Hacıyevdən dərslərin açılması və xaricə səfərlə bağlı - Açıqlamalar
29-08-2020 [11:37]
Rusiyanın quru sərhədindən vətəndaşlarımızın Azərbaycana gətirilməsi davam edir.
Mia.az-ın məlumatına görə, bunu Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Qazaxıstan və Orta Asiyanın digər ölkələrindən testlərdən sonra vətəndaşların bərə və hava nəqliyyatı ilə gətirilməsi həyata keçirilir: “İstanbuldan da koronavirus testi əsasında vətəndaşların gətirilməsi təmin olunur. Biz yenə də vətəndaşlarımızı zərurət olmadığı şəraitdə xarici səfərlərdən çəkinməyə çağırırıq. Çünki dünyada koronavrusla bağlı risklər göz önündədir”.
H. Hacıyev qeyd edib ki, xüsusi karantin rejimi ilə bağlı bu günkü yumşalmalar hər kəsi sevindirir: “Amma açılmalarla, yumşalmalarla əlaqədar müəyyən artımlar baş verə bilər. Bəzi yerli klastrlarda artımlar meydana çıxır. Bu kimi hallar bizi ehtiyatlı olmağa vadar edir. Məsələn, bu günlərdə Şirvan şəhərində xəstəxanada belə bir ocaq aşkarlandı və lokal karantin mexanizminin tətbiqinə üstünlük verildi. Bu, onu göstərir ki, virusun hər zaman müəyyən klastrlarda alovlanması baş verə bilər”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, məktəblərin açılması da bir valideyn kimi hamını sevindirir: “Ancaq hamının qaydalara riayət etmək öhdəliyi var. Təhsil müəssislərinin açılması ilə bağlı təhsil naziri brifinqdə məlumat verib. Bu, hibrid xarakteri daşıyacaq təhsil proqramının həyata keçirilməsi olacaq. Ancaq hansı valideyn istəyirsə, övladı məsafədən təhsilini davam etdirə bilər. Fərqli düşünən, təhsil müəssisələrinin açılmasını istəyən insanlar da çoxdur. Ona görə də vətəndaşlarımızın maraqlarına cavab verən ən yaxşı qərarların qəbul edilməsinə çalışırıq. Yoluxmalar olarsa, sinif, məktəb səviyyəsində tədrisin dayandırılması, hətta yoluxma geniş yayılarsa, ümumilikdə ənənəvi formada tədrisin dayandırılması barədə də qərar verilə bilər”.
H. Hacıyev nəzərə çatdırıb ki, rayonlararası əlaqələrə təkrar baxılması da gündəmdədir: “Metropolitenin fəaliyyəti də müzakirə mövzusudur. Məktəblərin açılması ilə əlaqədər tələbə və şagirdlərin metrodan istifadəsi ilə bağlı metropolitenin açılması müzakirə olunur, potensial risklər qiymətləndirilir. Bu barədə qərarlar qəbul ediləndə ölkə ictimaiyyətinə məlumat veriləcək".:
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi