Prezidentin köməkçisi metronun açılması və peyvəndlərin ölkəmizə gətiriləcəyinin tarixi haqda anons verdi: "Poses yaxından izlənilir"

img

29-08-2020 [11:17]


“Bugünkü rəqəmlər bizi sevindirir. Bir daha vətəndaşları xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırırıq”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, açılmalarla bağlı olaraq rəqəmlərin də artması özünü büruzə verə bilər: “Bu kimi hallar bizə ehtiyatımızı əldən verməməyə vadar edir”

Prezidentin köməkçisi metropolitenin fəaliyyətindən də danışıb.

O bildirib ki, məsələ müzakirə mövzusudur: "Bununla bağlı müzakirələr hazırda davam etdirilir”.

 Onun sözlərinə görə, bununla bağlı ölkə ictimaiyyətinə məlumat veriləcək.

H.Hacəyev COVID-19-la əlaqədar vaksinlərin hazır olan zaman ölkəmizə gətiriləcəyini də deyib. Onun sözlərinə görə, həmin vaksinlərin Azərbaycan vətəndaşlarına tətbiq olunması istiqamətindəki məsələlər də daim diqqət mərkəzində saxlanılır: "Poses yaxından izlənilir"

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA