"HƏR İKİ TƏDRİS PLANI QÜVVƏDƏ OLACAQ" - Nazirdən dərslərlə bağlı yeni açıqlamalar

img

28-08-2020 [23:37]


"Övladını məktəbə göndərmək istəməyən valideynlər onlayn dərsləri seçə bilərlər".

Mia.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində deyib:

Nazirin sözlərinə görə, əgər məktəbin yerləşdiyi ərazi epidemioloji qurumlar tərəfindən təhlükəli, yaxud nisbətən təhlükəli hesab edilirsə, o zaman həmin ərazidə şagirdlərin həftədə 2 dəfə, uzun müddətdir yoluxma qeydə alınmayan bölgələrdə isə 3 dəfə dərsə getmələri planlaşdırılır:

"Hər iki tədris planı qüvvədə olacaq. Bundan əlavə, valideynlər əgər düşünürlərsə ki, verilmiş şəraitdə övladlarını məktəbə göndərmək onlar üçün risklidir, paralel olaraq, sentyabrın 1-dən başlayaraq həm də Dövlət Televiziyasının Mədəniyyət kanalı ilə yayımlanan teledərslərə və onlayn məktəbə qoşula bilərlər. Valideynin seçiminə imkan verilir. Yəni, valideyn vəziyyəti riskli hesab edirsə, övladını yalnız onlayn tədrislə təmin edə, yaxud məktəbə göndərmək istəyirsə, müvafiq tədris planına uyğun olaraq məktəbə göndərə bilər".

Nazir onu da qeyd edib ki, teledərs layihəsi çərçivəsində proqramların ən azı mart ayına qədər davam etdirilməsi planlanıb:

"O mənada ki, artıq bütün bir ilin bizdə video-dərsləri, teledərsləri olacaq. Post-pandemiya dövründə də bu, şagirdlərimiz üçün əvəzsiz tədris materialına çevriləcək. Üstəlik, proses bitdikdən sonra həmin teledərslərin elektron dərsliklərə də inteqrasiya edilməsini düşünürük”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA