Azərbaycanda daha 142 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib - 97 xəstə isə sağalıb

img

28-08-2020 [19:03]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada koronavirusdan 3 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 35 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, 1 998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 014, bu günə qədər isə ümumilikdə 904 506 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA