“İstəsələr Mübariz İbrahimovu xəyanətkar, mavi müğənnini isə qəhrəman edərlər”

img

02-11-2013 [13:51]


Son zamanlar "Qardaş bacını zorladı, "Ata qızını zorladı", "Gürcüstanda fahişəlik üzrə azərbaycanlı qızlar liderlik edir" kimi arzuolunmaz və iyrənc xəbərlər eşitməkdəyik. Bəzi ekspertlər sözügedən cinayət hadisələrinin sayının artmasını KİV-lərin fəaliyyəti ilə əlaqələndirirlər. Belə ki, KİV-lər, xüsusilə televiziyaların fəaliyyətlərinə nəzərə salsaq, yalnız dəhşətli ailə dramları, şou-biznes nümayəndələrinin yüngül həyat tərzini təbliği il məşğul olduğunu görərik. Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Birlik Təşkilatının sədri, şərqşünas Vüsal Hətəmov maraqlı fikirlər səsləndirdi. Müsahib bildirdi ki, ictimai çaşqınlıq, milli mentalitetin təhrif olunması, dəyərlərin itirilməsi üçün məqsədli olaraq istifadə ediləcək ən güclü mexanizm KİV-dir:
"İstəyirsən nə qədər özünü qoru, evdə nəzarəti artır, nəhayət, KİV ya televiziya vasitəsilə, ya qəzet, ya internet, ya da ki radio vasitəsilə sənin evinə girəcək. Uşaqlar üçün Qərbin hazırladığı vəhşi cizgi filmləri, gənclər üçün erotik teleseriallar, kinolar, fantastik, və qanqster məzmunlu filmlər... Sonda isə nəticə olaraq ölkəmizdə günü-gündən artan zorakı hadisələrin xəbərləri... Əlbəttə ki, bu az deyilmiş kimi, bu xəbərləri də vəhşi formada xalqa təqdim etmək...”
Millətin dünyagörüşünün formalaşmasında KİV son zamanlar xüsusi çəkiyə malik olduğunu bildirən Birlik sədri, "hətta deyərdim ki, yüksək paya sahibdir. Cavan oğlanlar televiziyada dodaqlarına silikon, qulaqlarına sırğa taxmış müğənni gədəciklərin, gənc qızlarımız da 80 kişi görmüş və səsi olmayan, bunun üçün də əndamını xalqın gözünə soxan müğənni qadınların dövlət tərəfindən ehtiramını görəndə, onlar necə dəbdəbəli həyat sürdüklərini girdirmə "Ay Zaur ”verilişində ağzının suyu axa-axa izləyən gələcək nəsildən nə gözləmək olar ki?!”, - deyə qeyd etdi: "Yalan sözdür ki, "millət istəsə, televerilişlərin məzmunu dəyişər.” "Millət nəyi sevirsə, ona baxacaq. Mən bu sözləri yalan və xəyanət hesab edirəm. Millətin zövqü televiziyadan, ümumiyyətlə, KİV-dən transfer olunur. KİV istəsə, milli qəhrəmanımız Mübariz İbrahimovu xəyanətkar edər, mavi müğənnini də xalqın qəhrəmanı edər. Necə ki, indi edib. Soruşsaq gənclərdən, əksəriyyəti bir milli qəhrəmanın adını deyə bilməz. Dünyanın və ölkəmizdəki bəzi üzdəniraq müğənnilərin bütün mahnılarını əzbər bilirlər.”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA