"Azyaşlı uşaqların poliklinikalara getməsi təhlükə yarada bilər" - Məktəblərdə sağlamlıq arayışının tələb olunması narazılıq yaradıb
27-08-2020 [14:20]
Azərbaycanda yeni tədris ilinin başlamasına 20 gündən də az bir vaxt qalıb. Amma koronavirus pandemiyası səbəbindən təhsil müəssisələrinin açılıb-açılmayacağı ilə bağlı hələlik yekun qərar verilməyib.
Buna baxmayaraq, hər il olduğu kimi yeni tədris ili ilə əlaqədar olaraq, birinci sinifə və məktəbəhazırlıq qruplarına şagird qəbulu davam edir. Bu zaman valideynləri narahat edən məsələlərdən biri də sənəd qəbulu prosesidir.
Belə ki, birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbul olan şagirdlər üçün tələb edilən sənədlər siyahısında sağlamlıq haqqında arayışın da olması valideynlərin narahatlığına səbəb olub.
Valideynlər düşünür ki, sözügedən sənədi əldə etmələri üçün poliklinikalara kütləvi axın başlayacaq. Onlar pandemiya dövründə bu cür halların özləri və övladlarının sağlamlığı üçün təhlükə olacağını hesab edir. Bundan əlavə, məktəblərin açılacağı təqdirdə kitab və dəftər satışı, eləcə də məktəbli forması mağazalarına insan axını kütləvi yoluxma hallarının artımına səbəb ola bilər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Report”a açıqlamasında bildirib ki, sağlamlıq haqqında arayışın alınması üçün növbəlilik sistemi yaradılmalıdır:
“Bu, sistem vasitəsilə qeydiyyat onlayn və yaxud da hansısa formada aparılmalıdır. Belə olan halda sıxlığın qarşısının alınması mümkündür. Bununla yanaşı düşünürəm ki, COVID-19 testləri və uşaqların sağlamlığının yoxlanılması ödənişsiz olmalıdır. Ən azından güzəşt olunmalıdır. Çünki bu, təhsilə bağlı məsələdir. Bu proseslərin həyata keçirilməsi üçün təlimatlar hazırlanmalıdır. Əks halda eyni vaxtda hamı axışsa, çörək növbəsi kimi biabırçılıqlar olacaq. Hava şəraiti əlverişli olarsa, səhiyyə müəssisələrinin həyətində - açıq havada da qeydiyyat aparılması, uşaqların sağlamlığının yoxlanılması və sağlamlıq haqqında arayışın verilməsi prosesi gerçəkləşə bilər. Təbii ki, zəruri hallar olarsa, bu işlər xəstəxana daxilində həyata keçirilə bilər”.
Təhsil eksperti Kamran Əsədov isə “Report”a açıqlamasında bildirib ki, tibbi arayış almaq üçün azyaşlı uşaqların xəstəxana və poliklinikalara getməsi təhlükə yarada bilər:
“Bu il orta ümumtəhsil məktəblərinə məktəbəhazırlıq qruplarına 80 mindən çox şagirdin gedəcəyi proqnozlaşdırılır. Bu da kifayət qədər böyük insan kütləsi deməkdir. Nəzərə almaq lazımdır ki, həmin uşaqlar özləri təkbaşına poliklinikalara getməyəcək. Onlar valideynlərindən biri ilə getməli olurlar. Eyni zamanda, bizim 4 447 orta ümumtəhsil məktəblərinə 165 min şagird birinci sinifə gedir. Eyni qaydada, onlardan da sağlamlıq haqqında sənəd tələb olunur. Bu da 250 minə yaxın uşaq deməkdir. Onlarla yanaşı valideynlərdən biri və ya ikisi də gedəcəyi halda, bu, böyük insan axınına səbəb olacaq. Ona görə də düşünürəm ki, sağlamlıq haqqında arayışların tələb olunmasına fasilə verilməlidir. Bunu elektron qaydada da həyata keçirmək olar. Onsuz da uşaqlar hər bir yaşında mütəmadi olaraq həkim müayinəsindən keçirlər və peyvəndləri də vurulur. Bununla bağlı elektron baza yaradılarsa, məlumatlar da oradan müvafiq təhsil müəssisələrinə göndərilməlidir. Çünki pandemiya dövrüdür, bu da valideynlərin və uşaqların sağlamlığına ciddi təhlükə yarada bilər. Misal üçün, Şirvan şəhərində son 14 gün ərzində yoluxmanın artmasına səbəb xəstəxana və poliklinikalarda karantin qaydalarına riayət edilməməsi ilə bağlıdır. Ona görə də, azyaşlı uşaqların xəstəxana və poliklinikalara getməsi təhlükə yarada bilər. Onların sağlamlığı əvvəlki illərdəki tibbi müayinələrinin nəticəsinə əsasən yoxlanılmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi