“Baki-Baku.az” saytının onlayn rejimdə təqdimat mərasimi keçirilib
26-08-2020 [23:39]
Bu gün “Bakı” və “Baku” qəzetlərinin Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə yaradılmış elektron versiyası - “Baki-Baku.az” saytının onlayn rejimdə təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq “Bakı” və “Baku” qəzetlərinin Azərbaycanın mətbuat tarixində oynadığı rola diqqət çəkib.
O bildirib ki, “Bakı” qəzeti 1958-ci ildə axşam qəzeti kimi işıq üzü görüb. 1963-cü ildə rus dilində "Baku" qəzeti də şəhər qəzeti kimi fəaliyyətə başlayb və Bakı Şəhər Sovetinin orqanı olub.
Ə.Amaşov vurğulayıb ki, qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaqdan ibarət idi. Ancaq nəşrlərin qurucusu və redaktoru, Azərbaycanın görkəmli jurnalisti, publisisti, sözün əsl mənasında böyük ziyalısı Nəsir İmanquliyev onları ümumxalq qəzetlərinə çevirmişdir.
"“Bakı” və “Baku” qəzetləri Nəsir İmanquliyevin nəinki Azərbaycanın mətbuat tarixində, ümumən ölkəmizin XX əsr tarixində qalacaq son dərəcə müstəsna xidmətidir. Kişilik, mərdlik simvolu kimi yadda qalmış Nəsir müəllim hər iki nəşri peşəkar və prinsipial jurnalistika məktəbinə çevirmişdir. O məktəbin müdavimləri sırasında Azərbaycanın ictimai rəyində öz imzaları, dəst-xətləri ilə seçilmiş insanlar bu gün də var.
“Bakı” və “Baku” qəzetlərində mütəmadi çıxışlar etmiş görkəmli şəxslər nəinki öz fikirlərini yaymış, eyni zamanda milli özünüdərkin, milli mədəniyyətimizin dirçəldilməsində və tərəqqisində son dərəcə vacib rol oynamışlar. Yalnız Nəsir müəllimin deyil, elə onların da daşıdıqları zəngin mənəvi irsin yaşadılması və gələcək nəsillərə çatdırılması qarşıda duran mühüm vəzifələrdəndir. Əminəm ki, təqdimatına toplaşdığımız sayt üzərinə düşən məsuliyyəti doğruldacaqdır. Bəli, sevindirici haldır ki, Nəsir müəllim kimi böyük kişinin irsinin yaşadacaq elektron media orqanı fəaliyyətə başlayır. Özü də məhz belə bir gündə - onun nəvəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günündə. Fürsətdən istifadə edib toplantı iştirakçıları adından Mehriban xanımı təbrik edir, ona uğurlar arzulayıram”, - deyə Ə.Amaşov vurğulayıb.
Çıxış edənlərdən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru Ağahüseyn Hüseynov, MŞ sədrinin müavinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şair-yazıçı Yusif Nəğməkar, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev və başqaları “Bakı” və “Baku” qəzetlərinin mövzu dairəsi baxımından paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını tam əhatə etmələrinə diqqət çəkiblər, xatirələrini bölüşüblər. Onlar nəşrlərin tez bir zamanda populyarlaşmasında Nəsir İmanquliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayıblar. Bildiriblər ki, peşəkarlıq, qayğıkeşlik, alicənablıq nümunəsi - N.İmanquliyev həm də yüksək təşkilatçılığı ilə də örnək sima olmuşdur.
Natiqlər N.İmanquliyevi vətənpərvər ziyalı kimi xarakterizə edən cəhətlərdən də geniş söz açıblar. Onun daşıdığı milli ruhun rəhbərlik etdiyi qəzetlərin dəst-xəttinə təsir göstərdiyini önə çəkmiş toplantı iştirakçıları diqqəti nəşrlərdə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəslinin yetişməsinə yönəldiblər. Bu sırada B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca görkəmli şəxsiyyətlərin adları ehtiramla çəkilib. Çıxış edənlər eyni zamanda “Bakı” və “Baki” qəzetlərinin bu gün zamanın tələblərinə uyğunlaşdırılaraq fəaliyyət yoluna qədəm qoymasından məmnunluqlarını dilə gətiriblər.
“Bakı-Baku.az” saytının redaktoru, filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli N.İmanqulieyin daşıdığı zəngin mənəvi və mətbu irsin yaşadılmasına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. O, 30 illik fasilədən sonra bu irsin müasir dövrün tələbləri baxımından onlayn versiyada davamının əhəmiyyətini əsaslandırıb.
Ümüdvaram və inanıram ki, “Baki-Baku.az” saytı onlayn media orqanları sırasında öz layiqli yerini tutacaq, nümunəvi fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin dəqiq, qərəzsiz, düşündürücülük baxımından peşəkar nümunələrlə təminatında sözünü deyəcəkdir”, - deyə Ş.Cəlilli bildirib.
Qeyd edək ki, redaktoru filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli olan “Bakı-Baku.az” saytının məsləhətçisi respublikanın əməkdar jurnalisti Ağahüseyn Hüseynovdur. Toplantıda sayt iştirakçılara təqdim edilib. Müzakirələr gedişində onun fəaliyyətinin təşkili və səmərəliliyinin artırılması ilə əlaqədar təkliflər qruplaşdırılıb.
Səslənmiş, həm yaradıcılıq, həm də texniki baxımdan əhəmiyyət daşıyan təkliflərin yaxın vaxtlarda saytda tətbiqinə başlanılacaq və tezliklə “Bakı-Baku.az”ın fəaliyyət intensivliyi tam şəkildə təmin ediləcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi