Etibar Məmmədov yeni kadr dəyişikliklərindən danışdı

img

01-11-2013 [13:38]


"Prezident kadr islahatları ilə bağlı lazım olanı edir”. Bunu Modern.az saytına açıqlamasında AMİP lideri Etibar Məmmədov deyib.

E.Məmmədovun sözlərinə görə, yeni  kadr dəyişikliyinin aparılması müsbət haldır. "Bu cür islahatların aparılması siyasi baxımdan perpektivli yanaşmadır. Yeni kadr təyinatlarının olması müsbət qarşılanır. Məncə, uzun şərhə ehtiyac yoxdu”.

Etibar Məmmədov 9 oktyabr prezident seçkilərinin nəticələri barədə şərh vermək istəməyib. AMİP lideri seçkilərdən sonra müxalifətin üzləşdiyi duruma da münasibət bildirməkdən imtina edib. "Milli Şura və  müxalifət haqqında ümumiyyətlə, danışmaq istəmirəm”.

Qeyd edək ki, AMİP lideri Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkilərinin nəticələri haqda bu günə kimi heç yerdə şərh verməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA