01-11-2013 [13:34]
"Lalə Şövkətin müxalifətə keçməsi öz vicdanından və Allahdan başqa heç kimdən asılı olmayıb”. Bunu APA-ya açıqlamasında Liberal Partiyanın sədri Əvəz Temirxan söyləyib.
Xəbər verdiyimiz kimi, Arif Hacılı "Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərlə iş birlikləri nə demokratik düşərgəyə, nə də Azərbaycana fayda gətirməyib. O qeyd edib ki, şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdır.
Əvəz Temirxan isə bildirib ki, kiminsə Lalə Şövkəti və Liberal Partiyanı müxalifət sayıb-saymaması onlar üçün əhəmiyyət kəsb etmir: "Yaxşı olar ki, onlar həm keçmişlərini, həm də indilərini unutmasınlar. Arif Hacılı bizə qarşı tənqidi mövqe ortaya qoymazdan əvvəl onun başqanı İsa Qəmbər cəmiyyətə izah etsin görək, niyə 1998-ci ildə nüfuzu sayəsində siyasətə, Ali Sovetin sədri vəzifəsinə gəldiyi Əbülfəz Elçibəyin 2 illik keçid dövrü üçün vahid namizədliyini dəstəkləmədi? 10 il əvvəl mətbuatda İsa Qəmbərin ünvanına "Molotov” ləqəbli, 0579 nömrəli "KQB agenti” informasiyası yayan adamı indiyədək niyə məhkəməyə vermədiyini cəmiyyətə izah etsin, onu məhkəməyə versin. 2003-cü ildə İsa Qəmbərə səslərin xeyli hissəsinin Rəsul Quliyevə görə verildiyini niyə unudurlar? 2005-ci ildə imzasına sadiq qalan Lalə Şövkət deputat mandatından imtina edəndə Müsavatın deputatları Milli Məclisə gedərək, Avropa Şurası Parlament Assambleyasında 24-ün 22-nə nisbətində bu iqtidarın xeyrinə qərar çıxarılmasına və saxta parlamentin legitimləşməsində niyə həlledici rol oynadılar?
Niyə İsa Qəmbər, Arif Hacılı və Rauf Arifoğlu o saxta parlamentdə iştirakı müdafiə etdilər? Niyə İsa Qəmbərin təbliğatçısı Rauf Arifoğlu Milli Şuraya qoşulmadı, onu baltaladı, son zamanlar isə onun "vəkili”nə çevrilib? Arif Hacılı niyə ən axırıncı məqamda Milli Şuraya qoşuldu? Niyə İsa Qəmbər Milli Şuranın yerli şöbələrinin, İdarə Heyətinin, Məşvərət Şurasının yaradılmasına mane oldu? Niyə İsa Qəmbər siyasi liderlərdən birinin konsensusla vahid namizəd olmasına imkan vermədi, bununla da, müxalif partiyaların bir araya gəlməsini və xalqın müxalifətə inamını xeyli zəiflətdi? Axı, bu müxalifəti daha sıx toparlayardı. Bu il avqustun 21-də 6 partiya rəhbərinin görüşündə Lalə Şövkətin və Rəsul Quliyevin seçkilərdə vahid namizəd kimi iştirak etmək iddiasında olmadıqlarını və siyasi liderlərdən birinin namizədliyini dəstəkləyəcəklərini bəyan etdikləri halda, niyə İsa Qəmbər o namizədin ya konsensus, ya da Milli Şurada reytinq səsverməsi ilə müəyyən olunmasına imkan vermədi? Hətta o görüşdə mən təklif etmişdim ki, qələbə qazanılacağı halda, reytinq səsverməsində ikinci yeri tutan siyasi lider baş nazir və sonra da vitse-prezident olsun”.
Ə. Temirxan Müsavat Partiyasının Milli Şuranın sədri Rüstəm İbrahimbəyov və Liberal Partiyanın əleyhinə fəaliyyət göstərdiyini bildirib: "Liberal Partiya partiyalararası narazılıqları qabartmadığı halda, niyə Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri olan Arif Hacılı partiyamızın nümayəndələrinin Seçki Qərargahından təcrid edib, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi seçki prosesində iştirakının qarşısını alıb? Niyə Arif Hacılı hətta Müsavat Partiyasının yerli şöbələri ALP-nin nümayəndələrinin səlahiyyətli nümayəndə kimi namizədliklərini irəli sürəndə belə, onların sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) verməyib? Niyə Cəmil Həsənlinin tapşırığına baxmayaraq, mənim, Milli Şuranın üzvləri, bölgədə nüfuz sahibləri olan Liberal Partiyasının Quba rayon təşkilatının sədri Hacıağa Dadaşov və Qusar rayon təşkilatının sədri İlham Murtuzayevin Cəmil Həsənlinin vəkili olmasına mane olub, sənədlərimizi MSK-ya təqdim etməyib? Niyə mənim İctimai Radioda Cəmil Həsənlinin xeyrinə çıxış etməyimə imkan verməyib? Niyə İsa Qəmbər "Rusiya proyektini Azərbaycan proyektinə çevirdik” deyərək, Milli Şura daxilində təxribat törədib? Niyə İsa Qəmbərin yaxın adamları bu gün də sosial şəbəkələrdə Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən uzaqlaşdırılmasını gündəmə gətirirlər? Niyə İsa Qəmbrə yaxın "Yeni Müsavat” qəzeti Milli Şura və onun sədrinə hücum etməkdə davam edirlər? Niyə Cəmil Həsənlinin seçki kampaniyasının xeyli sönük aparılmasında öz günahlarını etiraf etmirlər? İndi bütün bunlardan sonra kim zəmanət verir ki, haqqında iqtidarın əlində "Molotov” dəyənəyi olan İsa Qəmbər və onun ən yaxın ətrafı müxalifət daxilində iqtidarın tapşırığını yerinə yetirmirlər?”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi