01-11-2013 [13:31]
"Xural” qəzetinin hazırda həbsdə saxlanılan baş redaktoru Əvəz Zeynallının 10 saylı cəzaçəkmə müəssisəsindən (CÇM) Bakı İstintaq Təcridxanasına köçürülməsi haqda qərar verilib. Buna səbəb Ə.Zeynallının daha bir məhkəmə işinə baxılması göstərilib.
Baş redaktorun həyat yoldaşı Məlahət Zeynallının MİA-ya verdiyi məlumata görə, budəfəki məhkəmə prosesi 2 il əvvəl "Xural” qəzetində çıxmış "Baltika-Bakı” MMC-nin pivə istehsalını antisanitariya şəritində aparması ilə bağlı tənqidi yazıya görədir.
"Baltika” MMC-nin Rusiyanın Sank-Peterburq şərəhində yerləşən baş ofisindən Azərbaycana təyin olunmuş rəhbəri Adam Tlexurayın bununla bağlı məhkəməyə müraciət edib, "şərəf və ləyaqətin təhqir olunması” iddiası qaldırıb.
”A.Tlexurayın 2 ilə yaxın müddətdə Azərbaycanı tərk etməsinə və faktiki olalaq iddiaçı tərəfin məhkəmədə iştirakının təmin olunmamasına baxmayaraq, Azərbaycan məhkəmələri siyasi sifarişlə A.Tlexurayın əsassız iddialarını, cavabdeh tərəfin göstərdiyi fakt və dəlillərə əhəmiyyət vermədən təmin edib. Ondan sonra bir-birinin ardınca bu işlə bağlı "quraşdırma məhkəmə prosesləri” başlayıb. Nərimanov rayon məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə şikayət verən Əvəz Zeynallının məhkəmədə iştirakı təmin olunmadığından Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək, yenidən özünə qaytarıb. Buna baxmayaraq, Apellyasiya Məhkəməsi bir daha əvvəlki qərarını qüvvədə saxlayıb. Əvəz Zeynallı bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. Kasassiya şikayətinə 5 noyabr 2013-cü il saat 10:00-da Ali Məhkəmədə baxılacaq”-deyə baş redaktorun xanımı qeyd edib.
Məlahət xanımın sözlərinə görə, son bir neçə ildə məhkəmələrin qanunsuz və ədalətsiz keçirilməsinin şahidi olan baş redaktor, bu dəfəki prosesin də yarım saat ərzində başa çatacağını əsas gətirərək və Ali Məhkəmənin də bir daha siyasi sifariş əsasında qərarı qüvvədə saxlayacağını nəzərə alaraq, ədliyyə nazirinə və həbsxana rəhbərliyinə yazılı şəkildə müraciət edib, qısa müddət üçün yenidən Bakı İstintaq Təcridxanasına köçürülmək istəmədiyini bildirib. Belə hallarda müstəsna hüquqlar tanındığından o, bu hüquqlarından istifadə etməyə çalışıb. Beləki Ə.Zeynallı vəsatətlə çıxış edərək, CÇM-dən birbaşa Ali Məhkəməyə və məhkəmədən sonra CÇM-ə qaytarılması üçün şərait yaradılmasını xahiş edib. Lakin Ədliyyə Nazirliyi Ə.Zeynallının ərizəsini təmin etməyib. Ə.Zeynallı ədliyyə sisteminin insan hüquqlarını nəzərə almadan həyata keçirilməsinə öz etirazını bildirib: "Azərbaycanın ədliyyə sisteminin Avropa standartlarına çatdırılması üçün hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Amma təcrübədə bu vəsaitlərin hansı məqsədlər üçün xərcləndiyi hiss olunmur. Yenə də köhnə sistem qüvvədədir. Qısaçəkən məhkəmələr üçün yenidən BİT-na aparılma və qısa müddətdən sonra yenidən CÇM-ə qaytarılma əlavə işgəncədən başqa bir şey deyil. Əlaqədar qurumlar bu məqamı diqqətə almalıdırlar”.
Qeyd edək ki, Ə.Zeynallı 2011-ci il oktyabrın 28-də həbs olunandan sonra Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva A.Tlexurayın 150 min manatlıq iddiasını qismən təmin edərək, "Xural” qəzetini 50 min manat cərimələmiş, Bakı Apellyasiya Məhkəməsi isə, Ə.Zeynallının apellyasiya şikayətini qismən təmin edərək, cərimə məbləğini 50 min manatdan 25 min manata endirmişdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi