Daha bir universitetdə tələbələr etiraza qalxdı - fotolar - yenilənib

img

01-11-2013 [13:07]


"Azərbaycan" universitetinin tələbələri imtahanların yazılı keçirilməsinə etiraz olaraq aksiya keçirirlər. Bu barədə hadisə yerində olan reportyorumuz xəbər verib.

Tələbələr bildirirlər ki, imtahan qaydalarının dəyişdirilməsi bir sıra neqativ hallara yol açır və bundan sui-istifadə edən müəllimlər tələbələrdən rüşvət umurlar. Tələbələr imtahanların test üsulu ilə keçirilməsini tələb edirlər, çünki bu halda tələbənin biliyinin qiymətləndirilməsi müəllimin vicdanından və tamahından asılı olmur.

Qeyd edək ki, "Azərbaycan" universiteti özəl təhsil müəssisəsidir.

Reportyorumuzun verdiyi məlumata görə, universitet rəhbərliyi vəziyyətin nəzarətdən çıxmasını əngəlləmək üçün tələbələri universitetin akt zalına toplamaq və orada onların tələblərini dinləmək qərarına gəlib. Hazırda rəhbərliklə tələbələrin nümayəndələri arasında görüş keçirilir, danışıqlar gedir.

Onu da bildirək ki, bir neçə həftə öncə bənzər səbəblərdən analoji aksiya Azərbaycan Dövlət Pedaqoji Universitetində də keçirilmişdi və tələbələr öz tələblərinin nəzərə alınmasına nail olmuşdular.











Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA