Sabahın hava proqnozu: Bakıda və Abşeron yarımadasında hava arabir tutulacaq, əsasən yağmursuz keçəcək

img

01-11-2013 [13:05]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq

Havanın temperaturunun gecə 8-11, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 2-də əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA