Səlim Müslümov kadr dəyişikliyini davam etdirir, nazir öz adamlarını ƏƏSMN-ə gətirməyə başladı

img

01-11-2013 [12:11]


Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sədr təyin olunub. Bu barədə AzVision.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən eksklüziv məlumat daxil olub.

Bildirilib ki, Səlim Müslümov fondun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev Əmək Müfəttlişliyinə sədr gətirib.

Qeyd edək ki, İdris İsayev yeni postunda Nəbi Şükürlünü əvəz edəcək.

İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsində əyani təhsil alıb və fərqlənmə diplomu ilə bitirib. 1992-1993-cü illərdə «İnkişaf» Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-nın Gorce Universiteti ilə birgə təşkil etdiyi MBA proqramında təhsil almış və biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Rus və ingilis dilləri bilir.

Evlidir. 3 övladı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA