Azərbaycanda daha 152 nəfər koronavirusa yoluxdu, 1 nəfər vəfat etdi - 111 xəstə isə sağaldı

img

24-08-2020 [16:59]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada koronavirusdan 1 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 35 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, 1 803 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 890, bu günə qədər isə ümumilikdə 878 667 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA