Ziya Məmmədov: "Etdiyim işi heç vaxt gizlətmirəm, deyirəm ki, olub"

img

22-08-2020 [18:42]


Keçmiş nəqliyyat naziri Ziya Məmmədov AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə toy etməsindən və buna görə onun kürəkəni, eks-deputat İlham Əliyevin məhkəmə tərəfindən cəzalandırılmasından danışıb. 

Mia.az xəbər verir ki, Ziya Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, qanun hər bir vətəndaş üçün eynidir:

"O insanlar məhkəmənin qərarı ilə cəzalandırılıblar. Ona görə də mən bu məsələyə əlavə şərh vermək istəməzdim. Şübhəsiz ki, hamı qayda-qanunlara əməl etməlidir. Mən hər zaman qanunların tələblərini dəstəkləyirəm. Qayda-qanun hamı üçün eynidir. Vəzifəsindən və sosial vəziyyətindən asılı olmayaraq, hamı qanunların tələblərinə əməl etməlidir".

Ziya Məmmədov sözügedən toy mərasimində iştirak etmədiyini söyləyib:

"O toyda mənim iştirakımla bağlı yayılan xəbərlər cəfəngiyyatdır. Mən isə cəfəngiyyat adamı deyiləm. Mən etdiyim işi heç vaxt gizlətmirəm, deyirəm ki, olub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA