“Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə keçirilən “Günün Qəhrəmanları” yazı müsabiqəsinin qalibləri bəlli oldu
22-08-2020 [13:42]
“Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə baş tutan “Günün Qəhrəmanları” yazı müsabiqəsi başa çatıb. Müxtəlif sahələrdə çalışan və pandemiya dövründə öz qəhrəmanlıqları ilə fərqlənən insanlar haqqında yazıları bir araya gətirən müsabiqə cəmiyyətdə xüsusi maraqla qarşılanıb.
Şirkətdən Mia.az-a verilən məlumata görə, həm jurnalistlərin, həm də sosial media istifadəçilərinin qatıldığı müsabiqəyə 100-ə yaxın müraciət daxil olub. Bu müraciətlər içərisindən müsabiqənin şərtlərinə cavab verən 78 yazı münsiflər heyətinə təqdim edilib.
Müəlliflər yazılarının baş qəhrəmanları olaraq pandemiya dövründə ön cəbhədə vuruşan həkimləri, tibb işçilərini, əczaçıları, tibbi avadanlıq mühəndislərini, istənilən şəraitdə şagirdlərinə bilik verməyə hazır olan müəllimləri, ictimai təhlükəsizliyə cavabdeh olan polisləri, vətəndaşların sorağına çatan sosial işçiləri, könüllü gəncləri, ictimaiyyəti məlumatlandırmaq üçün riskli bölgələrdən reportaj hazırlayan jurnalist-fotoqrafları seçiblər.
“Müsabiqədə iştirak üçün göndərilən hər bir yazı bizim üçün xüsusi dəyər daşıyır. Fərqli qəhrəmanların real hekayələri bu dövrdə çalışan insanların işlərinin necə çətin və məsuliyyətli, eyni zamandabir o qədər də şərəfli və nümunəvi olduğunu göstərdi. “Nar” olaraq günün qəhrəmanlarının ictimaiyyətdətanıdılmasına öz töhfəmizi verə bildiyimiz üçün çox şadıq”, - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov qeyd edib.
“Bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirusla mübarizə tədbirləri çərçivəsində sosial layihələrin də baş tutması və insanların bu layihələrə marağı olduqca təqdirəlayiqdir. Bu mübarizədə TƏBİB, eləcə də qəhrəman həkimlərimizlə yanaşı, həm də gecə-gündüz yorulmadan çalışan polislər, nəqliyyatçılar, əczaçılar, satıcılar, jurnalistlər, müəllimlər və digər peşə sahibləri də günümüzün qəhrəmanlarına çevrildilər. Bu günlərdə xalqımızın hər bir nümayəndəsi milli birlik nümayiş etdirərək bir-birinə istənilən məsələdə yardım edərək əsl vətənpərvərlik nümunəsi göstərdilər. Ayrı-ayrılıqda hər birimizin koronavirusdan sağalması kifayət deyil, bütün qaydalara riayət edərək bütövlükdə Azərbaycanımızın sağalmasına nail olmalıyıq!”, - deyə TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən daşıdığı sosial mesaja və məzmunun keyfiyyətinə əsasən qiymətləndirilib. Belə ki, ümumi nəticələrə əsasən, 1-ci yerin qalibi“Ağ libaslı mələk”(müəllif: Vüsal Tağıbəyli) hekayəsi, 2-ci və 3-cü yerləri tutan yazılar isə müvafiq olaraq,“Aprel döyüşünün müzəffər əsgəriCOVİD-lə mübarizə aparır” (müəllif: Aida Eyvazova) və“Atəş altında həm erməni, həm koronavirusla mübarizə aparırdıq” (müəllif: Könül İbrahim) olub. Həvəsləndirici yerlərdə isə “Göz həkiminin gözləri pandemiyanı necə görür?” (müəllif: Sevinc Eminzadə), “Şagirdləri uğrunda pandemiya ilə döyüşən xanım müəllimin portreti” (müəllif: Elmin Nuri), Bütün bunlar sadəcə bir anlıq idi (müəllif: Əziz Elxanoğlu) və sosial media istifadəçisi Ülviyyə Quliyevanın “Karantində sosial təşəbbüs göstərən usta” yazıları yer alıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi