DEPUTAT QALMAQALLI TOYDA İŞTİRAK EDƏNLƏRİ "TOPA TUTDU", KƏSKİN MESAJ VERDİ: "Hamısı cəza almalıdır"
22-08-2020 [13:33]
"Bütün dünya və onun bir parçası kimi Azərbaycan koronavirusun törətdiyi ağır məhrumiyyətlərin içərisindədir. Bu ümumibəşəri bəladan az itki ilə çıxmaq üçün dövlətimiz bütün imkanlarını səfərbər edib, xalqımızla bərabər sözün həqiqi mənasında gözəgörünməz düşmənlə ağır döyüşlər aparmaqdadır. Karantin rejiminin tələblərinin yerinə yetirilməsi pandemiya ilə mübarizədə həlledici rol oynayır".
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O, təəssüflə bildirib ki, bir sıra hallarda vətəndaşlarımız qaydaları yerinə yetirmədiyinə görə haqlı olaraq Azərbaycan qanunları çərçivəsində cəzalandırılır:
"Bu baxımdan istisnalar yoxdur və ola da bilməz. Ancaq ölkədə özünü qanunların və dövlətin fövqündə hiss edən, dövlətçiliyimizə ciddi zərbələr vurmağa cəhdlər göstərən, öz hərəkıət və davranışları ilə dövlətimizə və xalqımıza meydan oxuyan, hikkəsindən və Azərbaycana olan nifrətindən qaynaqlanan əməlləri ilə cəmiyyətimizdə Prezident İlham Əliyevə inamsızlıq toxumları səpməkdə davam edən Ramiz Mehdiyev pandemiyadan doğan karantin rejiminin tələblərini pozaraq ciddi qanun pozuntularına qəsdən və düşünülmüş şəkildə yol verərək nəvəsinin toy məclisini təşkil edib. Bununla Ramiz Mehdiyev bütün dəyərləri tapdalayaraq insanlarımıza olduqca pis nümunə təqdim edib.
Nəzərə alsaq ki, o hazırda elmimizin məbədi hesab edilən Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir, yüksək dövlət təltiflərinin daşıyıcısıdır, günahları daha bağışlanmaz mahiyyət daşıyır. Aylardır övlad toyunu edən, evindən gəlin köçürə bilməyən on minlərlə ata-analarımız da, aylardır ki, ailə həyatı qura bilməyən gənclərimizdə xəyal qırıqlığı yaradan Ramiz Mehdiyev nə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi nüfuzlu vəzifəni, nə də dövlət təltiflərini daşımağa heç bir mənəvi haqqı yoxdur. Onun son əməlləri haqlı olaraq xalqımızda Ramiz Mehdiyevə qarşı dərin nifrət və ciddi narazılıqlar yaradıb".
Deputatın sözlərinə görə, dövlətimizə və xalqımıza meydan oxuyan bu anti-milli ünsürə qarşı nəhayət ki, sərt tədbirlər həyata keçirilməli, qanunun aliliyi hər kəs üçün keçilməz olmalıdır:
"Görünən odur ki, bütün xalqımız haqlı olaraq dövlətimizdən və hüquq-mühafizə orqanlarından Ramiz Mehdiyevə qarşı sərt addımların atılmasını gözləyir. Nəhayət, dövlətimizin ayaqları altına basdırılan bu təhlükəli minadan xilas olmağın zamanıdır".
Partiya sədri Ombudsmanın adıçəkilən məclisdə iştirakına da toxunub: "Bildirmək istərdim ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda şəxsən dəvət etdiyi bəzi adamlar haqqında KİV-lərdə kifayət qədər məlumatlar yayılıb. Onlardan biri Milli Məclisin komitə sədri və deputatı Siyavuş Novruzov həyat yoldaşı olan Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva ilə bərabər toyda iştirak etməsidir. Əlbəttə ki, bu gözlənilən deyildi. Mən heç bir halda təsəvvür etməzdim ki, Siyavuş Novruzov bu toy mərasimində iştirak edə bilər. Çünki Siyavuş Novruzov dəfələrlə Milli Məclisin tribunasından sərt karantin rejiminə hamını əməl etməyə çağırıb. Siyavuş Novruzov karantin qaydalarını pozan şəxslərin sərt şəkildə cəzalandırılmasını dəfələrlə tələb edib. Ancaq bu cür fikirlər səsləndirən Siyavuş Novruzovun özünün tələbləri kobud şəkildə pozaraq, qadağan olunan toy mərasimində iştirakı hec cür başa düşülən və qəbul edilən deyil".
Deputat Siyavuş Novruzovun etdiyi hərəkətdən vicdan əzabı çəkməsinin vacib olduğunu da qabardıb: "Əgər zərrə qədər mənəvi əzab çəksəydi, o zaman mətbuata verdiyi açıqlamalarında "iştirak etmişəm, yaxşı eləmişəm" kimi ifadələr işlətməzdi".
F.Ağamalı daha sonra toyda tost deyən BDU-nun sabiq rektoru Abel Məhərrəmovu "topa tutub":
"Ramiz Mehdiyevin şərəfinə sağlıq deyən və böyük riyakarlığı, yaltaqlığı özündə ifadə edən Abel Məhərrəmov o çıxışı ilə hər bir azərbaycanlının dərin nifrətini qazandı. Ziyalı belə olmaz, əsl ziyalının ləyaqəti olar. Ziyalı və ya alim heç bir zaman kimsənin qarşısında bu qədər alçaldıcı hərəkətlər etməz. Görünən odur ki, Abel Məhərrəmov alimlik və ziyalılıq kimi yüksək dəyərlərdən uzaqdır.
Toya ev sahibliyi edənlərdən biri, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə qarşı məhkəmə tərəfindən 15 sutkalıq həbs qərarı çıxarıldı. Bu qərar çox doğru addımdır. Düşünürəm ki, bu ilk addımdır və bununla kifayətlənmək olmaz. O, özünü çox idarəolunmaz bir adam kimi aparırdı. Onun mətbuata verdiyi iddialı açıqlamalar hər kəsə tanışdır. Belə bir idarəolunmaz və son dərəcə təkəbbürlü bir insanın Azərbaycan qanunları qarşısında aciz vəziyyətə düşməsi təqdir olunur və alqışalayiqdir. Lakin düşünürəm ki, bu cəza kifayət deyil. Bu toyun əsas təşkilatçısı olan, özünü mafiya başçısı kimi aparan, milli-mənəvi dəyərlərimizə hörmət bəsləməyən, indiki stiuasiyanı nəzərə almayan, Azərbaycan xalqı ilə dövlət arasında ciddi problemlər yaratmaq istəyən və buna illərdir xidmət edən Ramiz Mehdiyev də cəzalandırılmalıdır. Əgər Ramiz Mehdiyev cəzalanmasa, o zaman xalqımızda dövlətimizə qarşı xəyal qırıqlığı yarana bilər. Əminəm ki, dövlətimiz buna imkan verməyəcək".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi