Bakıda əsgər yaralandı

img

31-10-2013 [11:39]


Bakıda əsgər güllə yarası alıb. Hadisə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayında qeydə alınıb. Alayın əsgəri, 19 yaşlı Kamil Şükür oğlu İsayev tabeliyindəki silahdan açılan atəş nəticəsində güllə yarası alıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya faktı təsdiqləyərək bildirib ki, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib: "Əsgər ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb və güllə əvvəl dəmirə dəyərək sonradan əsgəri yaralayıb”(Apa).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA