31-10-2013 [11:24]
Mia.az xəbər verir ki, deputat bu haqda "Facebook"da yazıb. Fazil Mustafanın ittihamını olduğu kimi təqdim edirik:
"Ölkə prezidenti, təhsil naziri, Milli Elmlər Akademiyasının prezidenti, ali məktəb rektorları, özünə elm adamı deyən hər kəs oxuyub düşünsün ki, Azərbaycan elm mühitinin dağıdılması, sıradan çıxarılması kimin, kimlərin marağına xidmət edir. Hər xəbəri soyuqqanlı qarşılasam da, bu xəbəri qarşıladığım kimi də bu yazını yazıram -əsəbi və hirsli. Ancaq həm də ürək acısı ilə. Uzun illərdir Neft Akademiyasında kafedra müdiri işləyən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Professor Ramiz Qurbanov Neft Akademiyasının rektoru, akademik (yəni heç bir sanballı elmi əsərin olmur, ancaq nəyə görəsə Azərbaycanda akademik ola bilirsən) Siyavuş Qarayevə məktub yazır ki, on günlüyə öz hesabıma məzuniyyət verin ki, Həcc ziyarətinə gedim.
Rektor da təqribən bildirir ki, o, nə Allahı, nə Quranı, nə də onun Həccini ciddiyə almır və ona razılıq vermir. Ardınca yenə də müraciət edir ki, o zaman məni vəzifədən azad edin ki, Həcc ziyarətinə gedim. "Azərbaycanda akademik” cənab Qarayev dərhal onun işdən azad olunması barədə əmr imzalayır. Dəyərli bir alim, beləliklə, Neft Akademiyasından qovulur!!!
Bunu gündəlik Azərbaycan ali məktəblərində baş verən adi hadisə kimi qiymətləndirəcək kimsələri də haqsız saymadan əsas mahiyyətə keçmək istəyirəm.
Professor Ramiz Qurbanov 50 ilə yaxın idi bu ali təhsil ocağında çalışırdı. Azərbaycanın say-seçmə mütəxəssislərindən biri hesab olunur. Bu cür kadrların yetişməsi üçün nələr tələb olunduğunu azacıq elmi dünyagörüşü olanlar bilməmiş olmaz. Onun yetişdirdiyi yüzlərlə kadrların ölkəmiz üçün hansı dəyər kəsb etməsini də izah etməyə gərək yox.
Bu səviyyədə bir alim artıq Neft Akademiyasında çalışmır. Qocaman və dəyərli bir alimin Həcc ziyarətinə getməsini bəhanə edərək işdən çıxarılmasını, mən, bir millət vəkili olaraq Siyavuş Qarayevin Azərbaycan elminə qarşı törətdiyi cinayət kimi qiymətləndirirəm. İnsan öz inancına uyğun olaraq Həcc ziyarətinə getmək istəyir, sən Allahı tanımırsansa, başqalarıdamı sənin yolunu izləməlidirlər? Belə rahatlıqla, məsiliyyətsizliklə bir alimi necə işdən çıxarmaq olar?
Rüşvətə görə deyil, işinin öhdəsindən gəlməməyə görə deyil, qeyri-əxlaqi davranışa görə deyil, Həcc ziyarətinə getməyə görə dəyərli bir elm adamını işdən çıxarmağın arxasında yalnız və yalnız Azərbaycan xalqına, onun elminə, ziyalısına amansız nifrət duyğusu dayana bilər. Onlarla tanıdığım dəyərli alim bu və ya digər bəhanələrlə cənab Qarayev tərəfindən Akademiyadan uzaqlaşdırılıb. Bir neçə müddət öncə dəyərli elm adamımız Rafiq Əliyevi də bu cür məsuliyyətsiz formada işdən çıxarmışdı. Onun Ziyalılar Forumundakı fəaliyyətini bəhanə edərək, dünya elm auditoriyasına çıxışı olan az sayda alimlərimizdən biri olmasını da nəzərə almayaraq, həmin Siyavuş Qarayev gözüyumulu əmrini imzalamışdı. O zaman da Milli Məclisdə bu elmi soyqırıma qarşı etirazımı bildirmişdim.
Təbii ki, yenə də Milli Məclisdə bu mövzunu gündəmə gətirəcəyəm. O qədər sadəlövh deyiləm ki, bu hadisəyə görə elmi soyqırım həyata keçirən bu rektorun cəzalandırılacağını gözləyim. Bilirəm ki, himayəsi də böyükdür, bu hadisəyə görə bəlkə də mükafat və biznes hədiyyələrinin sayını da artıracaqlar. O qədər sadəlövh deyiləm ki, Azərbaycan Milli Elmlər Akademiyasından da akademik zümrəsinə aid edilən insanlardan hansısa etiraz reaksiyası gözləyim. Akademik Arif Həşimov kimi dəyərli elm adamının bir günün içində Akademiyadan uzaqlaşdırılaraq enerji sektorunda sıradan bir işçiyə çevrilməsini, mərhum akademik Midhət Abbasovun rəhbərlik etdiyi institutun ləğvini, akademik Eldar Salayevin portretinin Akademiya binasından çıxarılmasını necə laqeyd qarşıladıqlarını bildiyimdən hansısa umacağım da yoxdur. Kimlərsə ötüb keçmiş saylan bu addımlara siyasi məcburiyyət donu geydirərək, haçansa özünə bəraət qazandıra da bilər. Bəs Ramiz Qurbanovun Neft Akademiyasından qovulmasının adı nədir? Burada ki, siyasi, ideoloji motivi bəhanə edərək özünü yuxarılara xoş göstərmək yeri ki, yoxdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi