Aydın Əliyev də dəyişikliyə başladı, bir generalın qarşısından isə geri çəkildi - təyinat

img

31-10-2013 [10:36]



Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin müvafiq əmri ilə vəzifəsindən uzaqlaşdırılan Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov yeni təyinat alıb. 

 Mia.az AzNews.az-a istinadən xəbər verir ki, E.Xəlilov Aksiz Gömrük İdarəsinin rəisi vəzifəzinə təyin olunub.  

Mia.az -ın xəbərinə görə, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov əslən Göyçay rayonundandır. Aydın Əliyevin onu işdən çıxarması ilə yenidən iş verməsinin arasının bir gün belə çəkməməsinin isə ciddi səbəbləri olub. Belə ki, general Xəlilovun nazir Kəmaləddin Heydərovla isti münasibətlərdə olmasının bu yeni təyinatında əsas rol oynadığı bildirilir: "Ehtiram Xəlilov nazirlə yanaşı, ölkədə böyük nüfuz sahibi olan başqa bir generalla da ciddi dostluğa sahibdir. Görünür, Aydın Əliyev bunları nəzərə almalı olub".

Aldığımız ciddi məlumata görə, komitədə digər kadr dəyişiklikləri də olub. Bir sıra idarə rəislərinin yerləri dəyişdirilib, işdən çıxarılan xeyli vəzifəli gömrükçülərin də olduğu bildirilir. Onların arasında bir generalın da olduğu deyilir. Komitədə yaşananlarla bağlı təfsilatlı məlumatları bir azdan diqqətə çatdıracağıq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA