"Otağa girən kimi gicgahına atəş açıb və..." - "Lotu Quli" hansı vəziyyətdə güllələnib?
20-08-2020 [18:50]
“Xan Əhmədlinski” kimi tanınan kriminal avtoritet Xəqan Zeynalov “Lotu Quli”ni otel nömrəsində kart oynayarkən vurub.
Mia.az xəbər verir ki, “Prime Crime” saytı məşhur qanuni oğrunun öldürülməsinin yeni təfərrüatlarını əldə edib.
Bildirilir ki, otaqda “Lotu Quli”dən başqa daha iki nəfər, o cümlədən onun cangüdəni olub.
Otağa daxil olan qatilə (Xəqan Zeynalova) heç kim əhəmiyyət verməyib, çünki o, çoxdan kriminal avtoritetin yaxın ətrafına daxil olmuşdu və etimadını qazanmışdı.
Beləliklə, otağa daxil olan X.Zeynalov Nadir Səlifovun gicgahına atəş açıb: “Zeynalov içəri daxil olanda arxası qapıya tərəf oturan “Quli” ilə yanaşı otaqda başqa iki nəfər də olub. Onlardan biri “Quli”nin cangüdəni olub, digəri ilə isə “qanuni oğru” kart oynayıb. Qatil içəri girəndə “Quli” çevrilərək ona tərəf baxıb, daha sanra kart oynamağa davam edib. Elə bu vaxt da Zeynalov ona atəş açıb. “Quli”nin cangüdəninin cavab atəşilə yaralanan Zeynalov hadisə yerindən uzaqlaşa bilib. Lakin o, polis tərəfindən Antalya-Dənizli yolunda yaxalanıb.”
“Primecrime.ru” portalı da digər mənbələr kimi, “Quli”nin qətlini 4 il bundan əvvəl İstanbulda öldürülən “Rövşən Lənkəranski” ləqəbilə tanınan Rövşən Caniyevə görə alınan qisas hesab edir.
Xatırladaq ki, qətldən əvvəl “Xan Əhmədlinski”nin oteldə “Lotu Quli”nin arxasınca getdiyini əks etdirən görüntülər yayılıb. Bu kadrları qatil qətli törətməzdən təxminən 30 dəqiqə əvvəl çəkib, ehtimal edilir ki, o, kadrları sifarişçiyə göndərib və bununla da “Lotu Quli”nin yanında olduğunu sübut etmək istəyib.
URA.ru portalı isə yazır ki, Sverdlovsk vilayətinin kriminal aləmi “Lotu Quli”nin öldürülməsindən sonra müharibəyə hazırlaşır. Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, Qulinin regionda nüfuzu böyükdür, ona görə də onun ölümündən sonra kriminal aləmdə hakimiyyət bölgüsü uğrunda mübarizə başlayacaq.

Bununla belə mənbə 90-cı illərdə olduğu kimi kriminal müharibənin olacağını gözləmir. Hərçənd “Rövşən Lənkəranski”nin öldürülməsindən sonra onun qruplaşmasının “Lotu Quli”nin tərəfinə keçən nümayəndələri indi yeni “boss”un kim olacağını gözləyir.
Nəşrin məlumatına görə, Qulinin yerinə indi üç “vor zakon” iddia edir: “Ded Xasan”ın qohumu, 47 yaşlı “Giya Sverdlovski” (Georgi Akoyev), “Avto” ləqəbli , 65 yaşlı Avtandil Kobeşavidze və “Əhməd Şalinski” ləqəbli, 39 yaşlı Əhməd Dombayev/virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi