Azərbaycanda daha 139 nəfər koronavirusa yoluxub, vəfat edən olmayıb - 148 xəstə isə sağalıb

img

20-08-2020 [17:07]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, vəfat edən olmayıb:

"İndiyədək ölkədə ümumilikdə 34 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 511 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, aktiv xəstə sayı 1 738 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 174, ötən müddət ərzində isə ümumilikdə 855 802 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA