Azərbaycanın bir nömrəli mavisi: “Atam məmurdur”

img

31-10-2013 [09:56]




Azərbaycanda cinsi azlıqların ilk və ən böyük saytı olan Gay.az-ın rəhbəri Ruslan Baluxin ilk dəfə müsahibə verib. Müsahibədə Azərbaycandakı geylərin vəziyyətindən danışan R.Baluxin onların vətəndaş mövqeyinin olmaması, siyasətlə, öz hüquqları ilə maraqlanmamasından danışıb və öz həyatlarını yaşadığını bildirib. Öz ailəsindən danışan Ruslan Bakıda doğulduğunu bildirib.

"Valideynlərimlə yaşayıram. Konkret harada işlədiklərini deməyəcəm, lakin bu dövlət qurumlarıdır. Ailədə iki uşaq olmuşuq. Normal böyümüşük. Yetkinlik yaşıma çatanda, 14 yaşımda özüm-özümə etiraf etdim ki, kişilərdən xoşum gəlir. Mənim üçün bu problem deyildi, onsuz da özümü normal hesab etmirdim. Düzdür, bu barədə valideynlərimə deməmişəm. Düşünürəm ki, mənim fəaliyyətimi nəzərə alaraq, onlar artıq bunu bilirlər, yaxud da kimlərsə deyib, lakin özlərini elə aparırlar ki, guya heç nədən xəbərləri yoxdur”.

Bundan başqa, Gay.az-ın rəhbəri hesab edir ki, ölkəmizdə geylərə qarşı ayrı-seçkiliyi qadağan edən qanun qəbul edilməlidir:"Elə qanunlar qəbul edilməlidir ki, insanların cinsi oriyentasiyasına əsasında cinayət törədənləri cəzalandırmaq mümkün olsun. Bu çox vacibdir. Düzdür, etiraf edirəm ki, bu qanunlara əməl olunmasına şübhə ilə yanaşıram”.

R.Baluxin bildirib ki, Azərbaycanda qalıb yaşamaq fikrində deyil: "Artıq planlarımın reallaşdırılmasına başlamışam. Əyri baxışlara çoxdan öyrəşmişəm, son vaxtlar mənə elə baxanların sayı artıb. Təəssüf edirəm ki, doğulduğum ölkədən getməli oluram – bura mənim evimdir. Bu evdə mənim kimiləri anlamır və qəbul etmirlər. Təkcə mən yox, cinsi azlıqların nümayəndələri olan digər tanışlarım da burada qalmaq istəmirlər...”.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA