Qardaşı Füzuli Ələkbərovdan danışmaq istəmədi

img

31-10-2013 [09:35]



Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələbərovla bağlı müxtəlif məlumatlar yayılıb. Eks-nazirin postunu itirdikdən sonra ofisləri və evində yoxlamalar aparıldığı bildirilir. 

Məlumatları dəqiqləşdirmək üçün eks-nazirlə əlaqə saxlamağa cəhd göstərdik. Dəfələrlə çalışsaq da sabiq nazirin telefonu bağlı olduğundan ondan hər hansı xəbər ala bilmədik.

Daha sonra eks-nazirin qardaşı, İsmayıllı rayonunun keçmiş icra başçısı Nizami Ələkbərova telefon açdıq.

Füzuli Ələkbərovla bağlı sualımızı dinlədikdən sonra N.Ələkbərov bu haqda danışmaq istəmədiyini deyərək telefonun dəstəyini asıb.

Qeyd edək ki,ölkə başçısının sərəncamı ilə Nizami Ələkbərov İsmayıllı rayonunun icra başçısı postundan, Füzuli Ələkbərov isə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad ediliblər. /AzVision.az/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA