Gömrükdən "Yeni layihə" barədə açıqlama
19-08-2020 [16:25]
Gömrük rəsmiləşdirilməsinin sürətli şəkildə həyata keçirilərək malların qısa zaman kəsiyində sahibinə təhvil verilməsinin, təyinat gömrük orqanında vaxt və vəsait itkisinin aradan qaldırılmasının vacib şərtlərindən biri malların təsnifatının və mənşə ölkəsinin düzgün müəyyənləşdirilməsidir.
Bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə yol verilən səhvlər adətən gömrük rəsmiləşdirilməsi prosesində ləngimələrə səbəb olur. Dövlət Gömrük Komitəsinin reallaşdırdığı yeni layihə bu sahədəki bütün maneələri aradan qaldıracaq.
Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralovun sözlərinə görə, "Məcburi qərarlar"ın tətbiqi ilə bağlı yeni layihə xarici ticarət iştirakçılarına gömrük əməliyyatlarının sürətli şəkildə həyata keçirilməsinə, vaxt və vəsait itkisinin qarşısının alınmasına şərait yaradacaq. Pilot variantda həyata keçirilən layihə malların təsnifatını və mənşə ölkəsini əhatə edəcək.
Məcburi qərarlar idxal-ixrac əməliyyatı həyata keçirilmədən öncə malların təsnifatını və mənşə ölkəsini müəyyən etmək məqsədilə qanunvericilikdə tələb olunan məlumatların şəxs tərəfindən gömrük orqanına əvvəlcədən təqdim edilməsi əsasında tətbiq olunur. Bu da təyinat gömrük orqanına çatdıqda qısa zaman kəsiyində, yəni dəqiqələr ərzində gömrük əməliyyatlarının yekunlaşdırılaraq malların sahibinə təhvil verilməsinə şərait yaradır. Əvvəllər isə şəxs təyinat gömrük orqanına çatan malın mənşə ölkəsinin və təsnifatının müəyyənləşdirilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddətdə, bəzən günlərlə ekspertizanın nəticələrini gözləyirdi ki, bu da əlavə vaxt və vəsait itkisi deməkdir.
Üstəlik proseslər əsasən informasiya texnonologiyalarının tətbiqi ilə elektron qaydada həyata keçirldiyindən insan amili aradan qaldırılır, bu da şəffaflığın təmin olunması üçün vacib şərtlərdəndir.
Məcburi qərarlar xarici ticarət iştirakçısının gömrük orqanlarına yazılı və ya elektron qaydada müraciətinə əsasən qəbul edilir. Bununla bağlı Dövlət Gömrük Komitəsi tərəfindən xüsusi texnoloji sxem hazırlanaraq Komitənin rəsmi internet səhifəsində yerləşdirilb.
Biznes subyektləri Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindəki Sahibkarlar üçün bölməsinə daxil olduqdan sonra məcburi qərarlar alt bölməsindən müraciət ünvanlamaqla yeni layihədən faydalana bilərlər.
S.Qaralovun sözlərinə görə, hələlik pilot variantda tətbiq olunduğu üçün mallara dair məcburi qərarlar bir dəfəyə məxsus olaraq veriləcək. Layihə tam şəkildə tətbiq olunduqdan sonra isə məcburi qərarların qanunvericiliyə uyğun olaraq daha uzun müddətə verilməsi təmin olunacaq və sahibkarlar idxal etdikləri eyni mal üçün təkrar ekspertizaya müraciət etməyəcəklər./Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi