Mikayıl Cabbarovdan kadr dəyişikliyi - Siyahı

img

30-10-2013 [17:22]


Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur dəyişiklikləri aparılıb.

MİA nazirliyin saytına istinadən xəbər verir ki, dəyişikliklərin əsas məqsədi BŞTİ-nin fəaliyyətinin səmərəliliyinin artırılmasından, idarəetmədə müasir üsulların tətbiqinə və şəffaflığın təmin edilməsinə nail olmaqdan ibarətdir.

Yeni struktura uyğun olaraq, Nailə Rzaquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, Məmmədəli Kəsəmənli, Nərgiz Səfərova və Hüseyn Əsgərov BŞTİ-nin müdir müavinləri vəzifələrinə təsdiq olunub. Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsinin icrası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə həvalə edilib.

İdarədə digər kadr dəyişiklikləri də aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA