"İcra başçısı rəisə göstəriş verdi, o, "baş üstə" desə də..." - 70 yaşlı şəhid anasından şikayət
18-08-2020 [15:04]
Şəhid anası Validə Əhmədovanın imzası "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən saxtalaşdırılıb.
Bu barədə Reyting.az-a Validə Abbasova özü məlumat verib.
Xatırladaq ki, Validə Abbasovanın oğlu Famil Əhmədov 1993-cü ildə Lələkənd və Ballıqaya əməliyyatları zamanı şəhid olmuş 31 əsgərdən biridir.
V. Abbasovanın sözlərinə görə, bir şəhid anası kimi daim dövlətin qayğısını görüb: “Həm ümummilli liderimiz, həm də cənab Prezident İlham Əliyev şəhid ailələrinə qayğı göstərib. Dövlət mənə hələ o vaxtdan torpaq sahəsi ayırdı və mağaza tikdirib işlətməyimə icazə verdi”.
Amma indi Qazax Elektrik Şəbəkənin əməkdaşları şəhid anasına problem yaradıblar. V. Abbasova deyir ki, Qazax Elektrik Şəbəkənin əməkdaşları onun işlətdiyi mağazaya gələrək elektrik sayğacını yoxlayıblar: “Onlar sayğacın qutusunun qapaq hissəsində rəngin dəyişdiyini və surğucunun olmadığını gördülər və mənə "narahat olmayın, sayğaca surğuc vurulacaq, yəqin ki düşüb", - dedilər. Sonra gəlib sayğacı dəyişdirdilər. Qardaşım rəhmətə getmişdi və surğuc qoyulan vaxt mən yasdaydım. Üç ay sonra gəlib akt yazıblar ki, sayğacın qapağının rəngi dəyişib, dövlət möhrü pozulub və sayğaca müdaxilə olunub. Bunu əsas tutaraq akt tərtib edib, həmin aktı isə mənim də əvəzimdən imzalayaraq, mənə 880 manat cərimə yazıblar”.
Şəhid anası məsələ ilə əlaqədar dəfələrlə Qazax rayonunun icra başçısı Rəcəb Babaşovun qəbulunda olub. Elektrik Şəbəkənin rəhbərinə problemin həlli tapşırılsa da, məsələyə biganə yanaşılıb.
Şəhid anası bildirib ki, Qazax Elektrik Şəbəkənin hazırki rəisi Akif Səlimov icra başçısının yanında “baş üstə, problemi həll edərik”,- desə də, icra başçısının qəbulundan çıxdıqdan sonra ona “get, məhkəməyə ver”,- deyirlər.

Şəhid anası iddia edir ki, bu problemi ona Qazax Elektrik Şəbəkənin keçmiş rəisi Elşad Məmmədov yaradıb: “Artıq problemə aylardır biganə yanaşılır. Mən də Qazax Rayon Məhkəməsinə müraciət etdim ki, yaşlı adamam, surğucu necə qırıb, sayğaca necə "barmaq edə" bilərəm? Buna baxmayaraq məhkəmə Qazax Elektrik Şəbəkənin xeyrinə qərar verdi”.
Şəhid anası bildirib ki, hazırda iş Gəncə məhkəməsində araşdırılır: “Gəncə məhkəməsində isə mənə dedilər ki, get, sənədləri gətir görək doğurdan şəhid anasısan, ya bizi aldadırsan. Mən də oğlumun şəhid olması ilə bağlı bütün sənədləri göstərmişəm, sonra inanıblar.
Gəncə məhkəməsinin hakimi Rəşad Məmmədov mənə deyir ki, "sən oğlunun qəbri, düzünü de, bəlkə sayğaca müdaxilə etmisən?" Oğlumun Familin qəbrinə and içirəm, deyir, bir də and iç. Hətta hakim mənə deyir ki, sən qocasan, bəlkə qonşunun uşağına sayğaca qalxıb "barmaq" etməsi üçün göstəriş vermisən?
Şəhid anasına belə sözlərin deyilməsi, bir də “and iç!” tələbi ayıb deyilmi?”
Şəhid anası ehtimal edir ki, sayğacın qapağının rəngi ya Günəş şüasının ya da yağışın təsirindən dəyişə bilər.
“Mənim 70 yaşım var, güclə gəzirəm, buna baxmayaraq məni məhkəmədə süründürürlər”, - V. Abbasova əlavə edib.
Onu da qeyd edək ki, V. Abbasovanın Qazax rayonunda yaşadığı küçəyə şəhid oğlu F. Əhmədovun adı verilib.
Əlaqədar qurumların V. Abbasovanın probleminin həllinə köməklik göstərəcəklərinə inanır və həm “Azərişıq”ın, həm də məhkəmənin adı hallanan hakimi R. Məmmədovun məsələyə münasibətinə yer ayırmağa hazırdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi