"Deyirəm evin olsun, deyir evi neynirəm, işin olsun, işi neynirəm..." - Atası Kəramətlə Mirşahinin qarşıdurmasından danışdı
18-08-2020 [12:54]
Gənc yazıçı Kəramət Böyükçölün sosial şəbəkələrdiki növbəti səs-küylü açıqlamaları yenidən müzakirələrə səbəb olub. Onun “Feysbuk”da açdığı canlı yayımlarda Real TV-nin rəhbəri Mirşahin Ağayevə qarşı səsləndirdiyi ittihamlar birmənalı qarşılanmayıb. Mirşahini müdafiə edənlər Kəraməti qınayıb, Real TV rəhbərinin əleyhdarları isə gənc yazıçını müdafiə ediblər.
Kəramət Böyükçölün müzakirələrə, səs-küyə səbəb olan açıqlamaları onun atası, şair-publisist Qəşəm Nəcəfzadəni də narahat edir.
Mia.az bildirir ki, bu barədə Modern.az-a danışan Qəşəm Nəcəfzadə oğlunu qınayıb.
O bildirib ki, Kəramət Böyükçölün son günlər etdiyi anlaşılmaz hərəkətlərinin səbəbi spirtli içkiyə aludə olmasıdır:
“Mən Bakıda deyiləm, Daşkəsən rayonundayam. Oğlumu qınayıram. O Azərbaycanı, vətəni, torpağı, dövləti bəlkə də hamıdan çox sevir. Amma içki içəndən sonra dəyişir, danışığını bilmir. Düşünürəm ki, yenə də etdiklərinə görə ayılanda peşman olacaq. Kəramətə dəfələrlə mən də təsir etmişəm, dostları da, qohum-əqrəba da. O gərək içkini dayandırsın. İçəndə özünü idarə edə bilmir. O qəsdən içmir. Səhhətində çox ciddi problemlər var. Mənə elə gəlir ki, hədsiz dərəcədə uzun müddət içki qəbulundan sonra psixoloji problemləri də yaranıb. Qaraciyəri serroz həddindədir. Dəfələrlə müalicə etdirmişik. Bakıda deyiləm deyə, yenə belə hərəkətlərinə davam edir. Hər şey yoluna düşəcək, Kəramət tutduğu əməldən əl çəkəcək. Oğlumun vətənpərvər, demokratik düşüncəli gənc olduğunu heç kəs unutmamalıdır. Onu yalnız qaralamaq haqsızlıqdır. Mən onun üçün çox narahatam. Bəzən düşünürlər ki, bu necə atadır, heç qayğı göstərmir, maraqlanmır, tutduğu yoldan çəkindirmir. Elə deyil. Həmişə danışıram onunla, günahlandırıram, qınayıram. Ümid edirəm ki, məsləhətlərdən nəticə çıxarıb, bir də içki içməyəcək. O içməyəndə heç vaxt belə hərəkətlər etmir. Baxın, yenə içdi, yenə bu hərəkətləri etdi. Kəramət müalicə olunsa, hər şey yoluna düşəcək. İçmədən dayana bilmir. Səhər, günorta, axşam - həmişə içir. O deyir, içməsəm ölərəm. Başından güclü ağrı tutur. Neçə dəfə həkimə aparmışıq. Xəstəxanalarda güclü yuxu iynələri vurub, yatırdıblar. İçkinin sindromundan çıxarmağa çalışıblar. Bir müddət sonra yenidən eyni şeylər yaşanıb. Dəfələrlə psixoloji müalicəyə aparmışam, hamısını yarımçıq qoyub. Onun psixologiyasını içkidən asılılıq pozur. O elə bilir içməsə öləcək. Psixoloji problem dedikdə, onun bu asılılığını müalicə etmək vacibdir”.
Kəramət Böyükçöl iki dəfə ailəli olub, ayrılıb. Bəziləri iddia edir ki, yazıçının boşandığı qadınlarla problemləri var. Onu içkiyə yaxınlaşdıran bir səbəb də həmin problemlər göstərilir.
Amma Qəşəm Nəcəfzadə bu iddiaların əsassız olduğunu deyir:
“Mənə elə gəlir ki, onu içkiyə yaxınlaşdıran dost-tanışları indi də yanına gəlib-gedirlər. İçkini onun yadına salanlar, gözü götürməyənlər var. İstedadlı insanları belə məhv edirlər. Əli Kərim, Sərdar Əsəd, Eldar Baxış – onları da belə məhv ediblər. İçki ilə onların yaradıcılığını, həyatlarını qara ediblər. Bu Azərbaycan ədəbiyyatında bir aksiomadır. Kimin kimi gözü götürmürsə, içirdib, məhv edirlər.
Kəramət içəndə qızı və oğlu yadına düşür. Övladlarına da, keçmiş həyat yoldaşlarına da qayğı göstərir. Mən keçmiş gəlinlərimin ikisindən də çox razıyam. Xüsusilə də ikinci həyat yoldaşı – Çinarədən. Mənim nəvələrim var, onlara görə narahatlıq keçirirəm. Gərək Kəramət ailəsindən ayrılmayaydı. Birinci ilə alınmadı, heç olmasa ikinci ilə normal dolanardı. Özü sevdi, özü evləndi. Biz sadəcə nə dedisə, onu etdik. İçkinin ailə həyatına da çox mənfi təsiri olub. O içəndə yanında durmaq mümkün deyil. Həddindən artıq aqressiyalı olur. Valideynik, oğlumun səhhəti, etdiyi hərəkətlər üçün çox narahatıq. Hətta xəstəlik tapmışıq. Deyirlər ki, atası onu çəkindirə bilər. İnanın, çox çətin adamdır, çox... həddindən çox...”.
Kəramət Böyükçölün Mirşahin Ağayevi təhqir etməsinə də toxunan atası bildirib ki, Kəraməti çox istəyən, dəyərləndirən, ona kömək göstərən adamlardan biri məhz Mirşahin olub:
“Hətta xəstəxanaya aparıb, maddi kömək edib. İndi Kəramət niyə belə edib, bilmirəm. Onun hədəfi Mirşahin olmamalı idi. Mirşahin sıradan insan deyil. Azərbaycan jurnalistikasında sözünü demiş adamdır. Mənə Mirşahin dəfələrlə zəng edib, Kəramətə kömək etmək istədiyini deyib, televiziyasında aparıcılığa dəvət edib, yüksək maaş vəd edib. Kəramət getməyib. Onu yüksək vəzifələrə, işlərə çağırıblar. Getməyib. Deyirəm evin olsun, deyir evi neynirəm, işin olsun, işi neynirəm, pulun olsun, pulu neynirəm... Belə adamdır. Xeyri yoxdur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi