Ramil Usubovun istefaya göndərilməsi xəbəri yayılıb

img

30-10-2013 [14:50]


Daxili işlər naziri general Ramil Usubovun işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb. Verilən məlumatda bildirilir ki, prezidentin fövqəladə qərar qəbul etməsi nazirlikdə müavinlər arasında da narahatlıq yaradıb. 

Mənbənin Azerinews.tv-yə verdiyi məlumata  görə, son günlər iqtidarın yeniləmə mexanizmi yuxarılarda fikir ayrılığı yaratsa da, nəhayət bu posta gətiriləcək şəxs də bəlli olub. Daxili İşlər nazirliyinin bizə yaxın qaynaqlarından verilən mühüm xəbər isə Ramil Usubovun Rumuniyaya səfir getməsi xəbəridir.

Onu da qeyd edək ki, bu xəbəri bir neçə mötəbər mənbə təstiq etsə də, həyata keçirilən siyasi gediş hələ də gizlin saxlanılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA