Belarusda hökumət, dövlət kanalı və teleradio şurası tam heyətlə istefaya getdi - Ölkədə gərginlik pik həddə çatdı

img

17-08-2020 [11:47]


Belarus hökuməti prezident elan edilmiş Aleksandr Lukaşenko qarşısında istefa verib.

“BELTA” xəbər verir ki, prosedur Belarus Konstitusiyasının 106-cı maddəsi və “Belarus Respublikasının Nazirlər Şurası” haqqında qanununa əsasən keçirilib.

Bu arada Belarus Milli Dövlət Teleradio Şirkəti əməkdaşları tətilə çıxıblar, “Belarus 1” telekanalının canlı efiri boş qalıb.

“tut.by” xəbər verir ki, 600 nəfər şirkət binası qarşısında nümayişə çıxacağını elan edib.

Məlumata görə, tətili elan etmədən öncə onlar şirkət rəhbəri İvan Eysmonta məktub ünvanlayıblar. Məktubda işçilər seçki nəticələrini saxta elan olunması, MSK sədri Lidiya Yermoşinanın istefaya göndərilməsi, siyasi məhbusların azad edilməsi, KİV-də senzuranın ləğvini tələb ediblər.

Bildirilib ki, məktubu imzalayanların sayı 55-i ötüb. Qeyd olunub ki, şirkətin 1,5 min əməkdaşı mövcuddur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA