AMEA-nın hüzr yerin oxşayan yeməkxanası...
17-08-2020 [10:39]
Kəramət BÖYÜKÇÖL
***
Milli Elmlər Akademiyasının yaxşı bir yeməkxanası var. Ona görə yaxşı deyirəm ki, ucuzluqdur, iki-üç manatla günortanı yola verə bilirsən. Elə ucuzluğuna görə orda adam həmişə çox olur. Yeməkləri hüzr yerinin yeməklərinə oxşayır. Ayran, dovğa, göy-göyərti, düyü...
Bakı Dövlət Universiteti ilə Akademiya yaxın qonşudur. Universitetin işçilərinin çoxu günortanı həmin yeməkxanada yola verir. Hərdən mən də Akademiyanın dadlı-duzlu yeməklərdən dadıram. Hər dəfə orda çörək yeyəndə elə bilirəm ki, Azərbaycan elminin ehsanını yeyirəm.
Bilmirəm vərdiş eləmişəm, yoxsa nədəndir, həmişə hara gedirəmsə bir gözüm adamların üstündə olur. Bir gözümlə müşahidə eləyirəm, o biri gözümlə yol gedirəm. Baxıram görüm camaat nə eləyir, nə eləmir, yeməyi necə yeyir, çayı necə içir, necə yaşayır, necə yaşamır...
Nədənsə Akademiyanın yeməkxanasında son mənzərə məni sarsıtdı. Orada çörək yeyən alimlərin, müəllimlərin, doktorantların elmi yaradıcılığından söhbət getmir, hər halda hansı yolla olur-olsun gəlib professor olublar, alim olublar, azdan-çoxdan tanınırlar, pis-yaxşı yazı-pozuları var. Ancaq bufetdə yeməyi o qədər qorxa-qorxa yeyirlər, çörəyi o qədər ehtiyatla çeynəyirlər, başqalarını bilmirəm, belə şeylər məni kövrəldir.
Alim çörəyi fəhlə kimi yeyir. Bu fikirlə qətiyyən fəhlələri alçaltmaq niyyətində deyiləm, ancaq yeməkxanaya diqqətlə fikir versən, sənə elə gələr ki, bu adamlar yazı yazmırlar, daş daşıyırlar, yer qazırlar, suvaq vururlar. Hamısının gözündən yuxu tökülür, elə bil bura Akademiya deyil, həbsxanadır.
Hamı bilir ki, Azərbaycanda elm ocaqlarında, məktəblərdə, universitetlərdə maaş çox azdır. Olmasa, ondan yaxşıdır. Gənc tədqiqatçı tanışlarım var, onlar da Akademiyada işləyir, yüz iyirmi manat, yüz yetmiş manat, yüz səksən dörd manat altmış qəpik maaş alırlar. Ancaq vallah, kostyumu geyinib, qalstuku vurub səhər ac qarnına alaqaranlıqdan işə elə həvəslə gəlirlər, elə bil iki min pul alırlar. Lap heyrət eləyirəm. Onları iş yerləri ilə fəxr eləyən görəndə hamısını bir-bir qucaqlayıb ağlamaq istəyirəm. Təbii, aldıqları əmək haqqından özləri də narazıdır. Soruşuram ki, bəs niyə işdən çıxmırsan? Bu qədər maaşdansa işdən çıx, siqareti də tərgit, otur evdə. Qayıdıb nə cavab versə, yaxşıdır? Akademiyanın adı var. Yaxud, universitetin adı var.
Heç olmasa desə ki, pis-yaxşı puldur, alıram, başımı saxlayıram, adamı yandırıb-tökməzdi. Bunun beyninə baxın. Deyir, Akademiyanın adı var. Düzü, bu ad məsələsi bizim əxlaqımızda özünə yer də eləyib. Biz həyatımızı ad xətrinə yaşadıq, bir də baxdıq ki, ömür çürüyüb getdi. Bu yaxınlarda bir dostum mənə deyir ki, niyə universitetdə elmi iş götürmürsən?
– Niyə götürüm? Axı mənim elmə həvəsim yoxdur.
– Həvəsin olmasa da götür, dostun-tanışın çoxdur, tapşırsınlar, birtəhər müdafiədən keçir. Universitet yaxşı yerdir.
– Universitetin nəyi yaxşı yerdir? – sual verirəm.
– Heç olmasa adı var. Soruşan olanda deyirsən ki, filan universitetdə işləyirəm.
Hərdən də öz-özümə düşünürəm ki, doğrudan da Azərbaycanda hər şeyin adı var, özü yoxdur. Fikirləşirəm ki, bəlkə bir insan kimi də bizim adımız var, özümüz yoxuq, yaşamırıq. Bəlkə də Akademiyanın bufetində bir tikə çörəklərini sanki qorxa-qorxa yeyən o adamlar da yoxdur. Bəlkə mən onları qorxaq görürəm. Allah haqqı, bəlkə də birindən soruşsam ki, niyə gözüqıpıqsan, niyə çəkinirsən? Əlindəki boşqabı təpəmə çırpar, məni söyər. Deyər, qorxaq, gözüqıpıq sənin dədəndir. Niyə? Çünki hamımız sınmışıq. Çünki biz yoxuq, biz yaşamırıq və bunun qisasını da bir-birimizdən alırıq.
Tez-tez yolda, küçədə, avtobusda, metroda özümü adamlara çırpıram ki, görüm mənə əhəmiyyət verən varmı, yəni görüm mən yaşayırammı, mən varammı, görüm mənə baxırlarmı?
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi