Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu, ölənlərin sayı isə 761 min nəfər ötüb

img

16-08-2020 [23:55]


Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayının 21 milyonu, ölənlərin sayının isə 761 min nəfər ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Belə ki, son 24 saat ərzində dünyada koronavirusa 267 291 yoluxma qeydə alınıb, 5 985 nəfər həyatını itirib.

Bununla da dünyada koronavirusa yoluxanların sayı 21 294 845 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 761 779 nəfər təşkil edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA