Səlim Müslümovun yeni aparat rəhbəri danışdı: "Hər rəhbərin öz komandası olur"

img

30-10-2013 [13:04]



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni təyin edilmiş aparat rəhbəri Əjdər Cəbiyev  təyinatı ilə bağlı maraqlı aşıqlama verib.

Mia.az "Gündəlik Teleqraf” qəzetinə istinadən xəbər verir ki, aparatın yeni rəhbəri açıqlamasında təyinatının Səlim Müslümovun komandasının üzvü olması ilə əlaqələndirib:  "Mən, bundan əvvəl də Dövlət Sosial Müdafiə Fondunda aparat rəhbəri olmuşam. Yeni vəzifəm mahiyyət və məzmunca eyni funksioner vəzifədir. Sadəcə, bir qurumda başlayan iş digər bir qurumda davam etdirilir. Məlumdur ki, hər rəhbərin də öz komandası olur və onunla fəaliyyət göstərmək istəyir. Siyasətin idarə edilməsi, müəyyən işlərin həyata keçirilməsi üçün, o komandanın formalaşması lazımdır. Bu baxımdan mən bu vəzifəyə dəvət olundum və məmnuniyyətlə də gəldim". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA