30-10-2013 [12:50]
"Hörmətli cənab Prezident, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Mən Birləşmiş Krallıq ilə Azərbaycan arasında genişlənən güclü ikitərəfli münasibətlərdən məmnunluğumu bildirirəm. Azərbaycanın iqtisadi yüksəlişi böyük təəssürat bağışlayır və şadam ki, Britaniya şirkətləri bu işdə mühüm rol oynayıblar. "Şahdəniz-2” layihəsinə dair Yekun Sərmayə Qərarı ilə bu istiqamətdə işin davam etdirilməsini səmimiyyətlə arzulayıram. Bu qərar ilin sonunadək qəbul olunarsa, xarici işlər naziri imzalanma mərasimində iştirak etmək üçün Bakıya səfərdən məmnun olardı. Bu, ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirən önəmli mərhələ olacaqdır.
Mən, həmçinin regional təhlükəsizlik məsələlərində Sizinlə davamlı surətdə sıx əməkdaşlığa sadiq olduğumu vurğulamaq istəyirəm. Azərbaycanın Əfqanıstana verdiyi töhfəyə və Birləşmiş Krallığın hərbi təyyarələrinin hava məkanınızdan istifadə etməklə bu ölkəyə uçuşlarına göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdaram.
Həmçinin əminəm ki, prezidentliyinizin yeni dövründə Siz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyişə nail olacaqsınız. Birləşmiş Krallıq münaqişənin sülh yolu ilə həllinə qəti surətdə sadiqdir. Eyni zamanda, ümidvaram ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr Assosiativ Saziş və Strateji Müasirləşmə Tərəfdaşlığı vasitəsilə irəliləməkdə davam edəcək.
Birləşmiş Krallıq Azərbaycanın son 20 ildə nail olduğu tərəqqini qeyd edir. Ölkənizin müasir, inkişaf edən və dünyəvi cəmiyyət quruculuğu istiqamətində uğurları böyük təəssürat bağışlayır. Azərbaycanın dostu kimi, Birləşmiş Krallıq əmindir ki, sosial və iqtisadi inkişafın demokratik və siyasi təkmilləşməyə uyğun aparılması davam edəcək”.
Üçüncü müddətdə prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə Prezident İlham Əliyevə böyük uğurlar arzulayan Devid Kameron ötən il Londonda dövlətimizin başçısı ilə görüşündən məmnun qaldığını bildirib.
Britaniyanın Baş naziri ümidvar olduğunu bildirib ki, yaxın vaxtlarda Azərbaycan Prezidenti ilə yenidən görüşmək fürsəti yaranacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi