"Bu, onun hakimiyyətdəki adamlarına sıçraya bilər" - Partiya liderlərindən Eldar Həsənovun həbsinə reaksiyalar
16-08-2020 [12:29]
Səfir Eldar Həsənovun həbsi ilə bağlı müxtəlif ilginc iddialar var. Onun həbsinə səbəb kimi mənimsəmə, rüşvət alma ittihamları göstərilsə də, həbsin əsasən siyasi tərəfi müzakirə mövzusudur.
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olmuş Eldar Həsənov 1993-cü ildə Daxili İşlər nazirinin birinci müavini, 1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə isə baş prokuror olub. 2001-ci ildən isə ayrı-ayrı ölkələrdə səfir kimi fəaliyyət göstərib.
Göründüyü kimi, kifayət qədər ciddi fiqur olan Eldar Həsənovun maliyyə yeyintisinə görə həbsi ağlabatan görünmür. Əsas iddia isə onun dövlət çevrilişində, dövlətə xəyanətdə ittiham olunması ilə bağlıdır.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da “Yeni Musavat”a açıqlamasında Eldar Həsənovun həbsinin səbəbləri haqda maraqlı fikirlər səsləndirib.
“Eldar Həsənovun həbsindən bir müddət əvvəl mətbuatda onun dövlət çevrilişinə hazırlaşdığı, hakimiyyətdəki müəyyən qüvvələrlə hakimiyyətə gəlmək planları qurduğu yazılırdı. Bu məlumatlar təsadüfi deyildi. Bütün bu məlumatları üst-üstə qoyanda, mənzərə bundan ibarətdir ki, Eldar Həsənovun həbsi onun siyasi fəallığı ilə bağlıdır. Eldar Həsənov kimi bir fiqurun korrupsiyaya görə həbs olunması ağlabatan deyil. Uzun illər hakimiyyətdə ən önəmli postları tutub. Korrupsiya ittihamına qalsa, Azərbaycanda ondan qat-qat artıq korrupsionerlər hakimiyyətdə təmsil olunurlar və öz işləri ilə sakit-sakit məşğuldurlar”, – deyə Sərdar Cəlaloğlu bildirib.
Onun sözlərinə görə, Eldar Həsənov müəyyən siyasi proseslərdə fəallıq göstərib və bu da hökumət üçün arzuolunmazdır: “Çünki onun kifayət qədər maliyyə imkanları, nüfuzu və regional elektoratı var. Siyasətə gələcəyi halda hakimiyyətə ciddi problemlər yarada bilərdi”.
Partiya sədri Eldar Həsənovun Azərbaycandakı müxalif partiyalarla əlaqələrinin olması haqda da danışıb. Bildirib ki, bu əlaqələr heç kimə sirr olmayıb. Amma Sərdar Cəlaloğlu deyir ki, Eldar Həsənovun həbsi onun müxalifətdəki əlaqələrinə sıçraya bilməz: “Lakin həbslər Eldar Həsənovun hakimiyyətdəki adamlarına sıçraya bilər. Bu əməliyyatın miqyası böyüyə bilər”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə “Yeni Musavat”a açıqlamasında Eldar Həsənovun həbsini son dönəmlərin ən ciddi həbsi hesab etdiyini bildirib: “Çünki Eldar Həsənov çox ciddi fiqur idi. Onun kifayət qədər maliyyə imkanlarının, biznesinin olması heç kimə sirr deyil. Deyə bilərəm ki, onun dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməyə ehtiyacı yoxdur. İndi hər kəs burada həbsin elan olunan səbəbini yox, elan olunmayan tərəfini analiz etməyə çalışır”.
T.Abbaslı deyir ki, Eldar Həsənov həm müxalifətdə, həm də iqtidardakı qruplaşmalar ilə isti münasibətlərini qoruyub saxlayan maraqlı fiqur idi: “Düşünürəm ki, onun həbsi maliyyə məsələsi ilə bağlı deyildi. İstintaq gedir və onun başqa maddələrlə – dövlət çevrilişinə cəhd ittihamı ilə də suçlanması istisna deyil”.
Partiya sədri Eldar Həsənovun müxalifətlə əlaqələrini və onun həbsinin müxalifətə sıçraya bilmə ehtimallarını da şərh edib: “Hakimiyyət də Eldar Həsənovun müxalifətlə əlaqələrini bilir. Amma düşünmürəm ki, iqtidar Eldar Həsənovun həbsi üzərindən demarş edərək, müxalifətin üzərinə getsin. Onsuz da indi hakimiyyət daxilindəki vəziyyət o qədər də sabit deyil. Hakimiyyətdə təmsil olunan iri fiqurlar arasında ciddi rəqabət gedir. Belə vəziyyətdə hakimiyyətin bütün müxalifəti özünə qarşı daha aqressiv cəbhə halına gətirəcəyini düşünmürəm. Əskinə, hakimiyyət müxalifətlə yaxınlaşmaqda maraqlıdır və özünün elan etdiyi “5-ci kolon”u ifşa etmək üçün də bu münasibətdən istifadə etmək istəyir. Artıq AXCP-nin bir neçə funksioneri həbs olub. Onlara qarşı irəli sürülən ittihamın nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Amma istintaqın gedişatında bu həbsləri bir-biri ilə əlaqələndirə bilərlər. Məntiq tapa bilərlər ki, bu çevrilişə cəhd ittihamında həbs edilənlər qruplaşmanın müxalifət ayağı, Eldar Həsənov beynəlxalq ayağı, digərləri isə daxili ayağıdır. Belə bir qənaətə gələ bilərlər”.
Xatırladaq ki, Eldar Həsənov DTX tərəfindən həbs edilib. Sabiq səfir Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərini mənimsəməkdə, xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməkdə, rüşvət almaqda ittiham edilir.
İlkin MURADOV,
“Yeni Müsavat”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi