Tarixçi alim Təhsil Nazirliyinə müraciət etdi: "Bu dəyişikliklər narahatlıq doğurur"
15-08-2020 [19:47]
Azərbaycan tarixinin ali təhsil proqramlarında yeri və rolu haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edilib.
Reyting.az xəbər verir ki, müraciət edən şəxs Azərbaycan Turizm və Menecment Universitetinin “İctimai fnlər” kafedrasının müdiri, taixçi alim İbrahim Əliyevdir.
İ. Əliyev müraciətində yazır ki, ali təhsil müəssisələrində Azərbaycan tarixi fənninin vaxtaşırı olaraq məhdudlaşdırılması, onun saatlarının azaldılması və məzmununda edilən dəyişikliklər narahatlıq doğurur:
“Hər bir fənn ali təhsil proqramlarında özünəməxsus missiyanı daşıyır və konkret məqsədə xidmət edir. Azərbaycan tarixi fənni qeyri-ixtisas istiqamətində yetişdirilən mütəxəssisdə ümumi dünyagörüşün genişləndirilməsi, mükəmməl ziyalıların formalaşdırılmasına xidmət edir. Bir sıra fənlər - milli tarix, ədəbiyyat, mədəniyyət və s. dərindən mənimsənilməsi milli ruhda tərbiyə olunmuş ziyalıların hazırlanmasında əvəzsiz əhəmiyyətə malikdir. Bu, bütün dünyada belədir. Dünya ölkələrinin ali təhsil sisteminə diqqət yetirsək bu vacib məsələnin necə ciddiyyətlə həll edildiyini müşahidə edə bilərik. Düzdür, müxtəlif ölkələrdə bu məsələyə münasibət o ölkənin miqyasından, dünya ölkələri sırasında tutduqları yerdən, inkişaf səviyyəsindən asılı olaraq bir qədər fərqlidir. Bütövlükdə isə sayılıb-seçilən ölkələrdə milli dəyərlərə olan münasibət, ona verilən dəyər birmənalı şəkildə yüksək səviyyədə təmin olunur. Belə bir vəziyyətdə milli tariximizin tədrisinin zəiflədilməsi, zənnimcə, yolverilməzdir. Nəzərə alsaq ki, Azərbaycan bu gün dünyada özünütəsdiq mərhələsini yaşayır, təcavüzlə üz-üzədir və müharibə şəraitindədir, problemin ciddiliyi daha qabarıq şəkildə özünü büruzə verir.
Bu gün Azərbaycanın əraziləri təcavüzə məruz qalır, dünya miqyasında milli maraqlarımıza etinasızlıq və ikili standartlarla yanaşma cəhdləri nümayiş etdirilir, tariximizin ən qədim dövrlərindən tutmuş müasir dövrə qədər saxtalaşdırılmalarla üzləşirik. Belə bir vəziyyətdə tariximizin öyrənilməsində zəifləmələrə şərait yaratmaq, onun dərindən öyrənilməsinə xələl gətirmək böyük səhv olardı. Düzdür, bu tarixin öyrənilməsində köhnə şablonlardan uzaqlaşmaq, onun daha mükəmməl şəkildə çatdırılmasına nail olmaq vacibdir. Gücümüzü də məhz bu məsələyə yönəltməliyik”.
İ. Əliyev deyilənlərdən çıxış edərək Təhsil Nazirliyinə müraciətində yazır ki, təzə təsdiq olunmaqda olan ixtisaslar üzrə proqramlarda Azərbaycan tarixinin tədrisinin yeri və miqdarı haqqında yenidən düşünərək müvafiq qərar vermək hələ ki gec deyildir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi