15 yaşı tamam olmamış usaqlara yeni sənəd veriləcək

img

30-10-2013 [12:26]




Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə yeni qanun layihəsi təqdim olunub. Layihə "Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqında” adlanır.

Qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsi, habelə fərdi identifikasiya kartının dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.

Fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində 15 yaşı tamam olmamış vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd olacaq.

Fərdi identifikasiya kartı vətəndaşın qanuni nümayəndəsinin (valideyni, vətəndaşı övladlığa götürənin, qəyyumunun və ya himayəçisinin) müraciəti əsasında verilir.

Bu qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə almış 15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla, fərdi identifikasiya kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə verilir. Verilmiş fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.

Qanun qəbul olunarsa, 2015-ci il yanvarın 1-dən qüvəyə minəcək.

Layihənin yaxın günlərdə MM-də müzakirə olunması gözlənilir(Hüquq.TV).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA