“Eşqə gəlib bir ağız oxudum, bir də baxdım ki..." - 63 yaşı tamam olan Alim Qasımovun parlayan yolu
14-08-2020 [20:37]
“...Eşqə gəlib bir ağız oxudum, bir də baxdım ki, ətrafımdakılar ağlaşır...” - deyən Azərbaycanın tanınmış xanəndəsi, Azərbaycan Respublikasının Xalq artisti Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı dünya şöhrətli muğam ifaçısı ALİM QASIMOVun doğum günüdür.
Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub.
Valideynləri onun musiqiyə və xüsusilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ona musiqi təhsili verməyə imkanları yox idi. Əllərindən bir tək şey gəlirdi. Dəf düzəltmək üçün, atası bir keçi kəsmişdi. Bu dəfə, Alimin birinci musiqi aləti idi və bununla birlikdə o, gözəl və hamıdan fərqlənən səsə sahib idi.
O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub.
Onun ilk çıxışı 1979-cu ildə Azərbaycan Televiziyasında olub.

1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib.
1982-ci ildə 25 yaşında Alim Qasımov birinci Respublika muğam müsabiqəsində çıxış edib və birinci muğam müsabiqəsində müvəffəqiyət qazanıb. O vaxtlarda o, muğam sənətinin, xüsusilə də "tarab" janrının araşdırmalarıyla məşğul olurdu.
1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub.
1989-cu ildən Alim Qasımov Mənsurov qardaşlarıyla çıxış eləməyə başlamış, tarzan Camal və kamança çalan Elşən ilə. Arada Alim Qasımov özü də dəf çalıb.
2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. O, 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.
2009-cu ildə Alim Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

2010-cu ildə Alim Qasımov fransalı DJ David Vendetta ilə "I'm your Goddess" adlı mahnını duet şəklində ifa edib. 2010-cu il martın 17-də ABŞ-ın "The New York Times" qəzetinin jurnalisti Con Pareles Alim Qasımovu "ehtiras və sədaqət, düşüncə və cazibə ilə əlaqələndirən seyrək bir cəhətdən canlı olan ən böyük müğənnilərdən biri" adlandırıb.
2011-ci il iyulun 4-də İslandiya müğənnisi Byork Böyük Britaniyanın "The Guardian" qəzetində nəşr olunan müsahibəsində Alim Qasımovu ən sevdiyi ifaçılar, onun "Azerbaijan: The Art of the Mugham" albomunu ən sevdiyi musiqi albomlar sırasına daxil edib.
2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.

2015 Avropa Oyunlarının açılış mərasimi açılışında da möhtəşəm çıxışı ilə yadda qalıb. Açılış Alim Qasımovun möhtəşəm canlı muğam ifası ilə başlayıb. Daha sonra Alim Qasımov Bakı Olimpiya Stadionunda qaranlıqda uçan xalça üzərində muğam oxuyub.
Alim Qasımov hər bir musiqi sənətkarının nail olmağa çalışdığı mükafata layiq görülüb. Məsələn 1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb.
Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayır.

O, Opera və Balet Teatrının səhnəsində Məcnun ("Leyli və Məcnun") və Kərəm ("Aşıq Kərəm") partiyalarını ifa edib. Bir çox ölkələrdə konsertlərlə çıxış edərək Azərbaycan muğamını dünyaya tanıdıb.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə 12 avqust 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Alim Həmzə oğlu Qasımovun «Şərəf» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalamışdır.
Qarşıda hələ yeni yollar, yeni pillələr var və ümid edirik ki, böyük xanəndəmiz Alim Qasımov bu yolları, bu pillələri də mətanətlə keçərək, daha böyük uğurlara imza atacaqdır!
Səsiniz var olsun, ALİM QASIMOV!

Oxu, səsinz yeri-göyü titrərtsin!
Oxu, yer titrəsin məhvərindən!
Oxu, bu dünyada yaşayıb, bu dünyaya sığmayan böyük adam!
Çıxıb zaman adlı həddən,
Tanrıya çox yaxınsan sən,
İsa, Musa, Məhəmməddən
Bu divanə halın ilə!
Oxu, Alim, oxu!
(Rüstəm Behrudi)
P.S. Dəyərli sənətkarımızı bir daha təbrik edir, can sağlığı, ailəsində yeni sevinclər və daha böyük uğurlar arzulayırıq!
Nurlanə ƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi