"Rusiya istəyir ki..." - İqbal Ağazadə "Azərbaycan gec-tez Türkiyə ilə hərbi müttəfiq olacaq" deyir (MÜSAHİBƏ)
14-08-2020 [17:22]
Ümid Partiyasının sədri İqbal Ağazadə Yenisabah.az-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- İyulun 12-də Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatdan sonra Azərbaycanın nəhayət torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlaması gündəmə gəlib. Hələlik bu, ictimai mövqedir. Rəsmi mövqeyə gəlincə, Bakının əvvəlki tək təmkin nümayiş etdirmədiyi, sərt ritorikaya keçid aldığı müşahidə olunur. Bununla belə, sülh danışıqlarının davam etdirilməsi məqsədəuyğun hesab edilir. Nəzərə alsaq ki, Ermənistan-Azərbaycan münaqişəsi həm də bütövlükdə regionun taleyinə təsir edən qarşıdurmadır o zaman Azərbaycanın mövqeyini necə dəyərləndirmək olar və Bakı indiki vəziyyətdə hansı addımları atmalıdır?
- Əvvəla, Azərbaycan atəşkəsdən 12 iyul hadisələrinə qədər olan dövrdə siyasətini elə qurmalı idi ki, torpaqlarını işğal azad edə bilsin. Torpaqları işğaldan azad etmək bir vətəndaşın, bir əsgərin, bir köçkünün mövqeyi ilə deyil, bütövlükdə dövlətin mövqeyi ilə ölçülür. Əvvəldən müəyyən etməlisən, xarici siyasətdə nələr edəcəksən, dostların kim olacaq, qarşında duranı necə neytrallaşdıracaqsan və proseslərə necə hakim olacaqsan. Çox təəssüf ki, bu, uzun illər olmadı və yaxud ola bilmədi.
12 iyul hadisələrinə gəlincə, burada Azərbaycan tərəfinin atdığı addımlar özünümüdafiə xarakteri daşıyırdı. Azərbaycanın hərbi qüvvələri qarşı tərəfin təxribatlarının qarşısını alırdı. Hələ ki, bu günkü gündə Azərbaycan tərəfinin bundan o yana ata biləcəyi addımlar yoxdur.
- Səbəb nədir?
- Mövcud hakimiyyətin xarici siyasətdə indiyə qədər tutduğu yol, o cümlədən daxildəki mühit hələlik daha ciddi addımlar atmağa imkan vermir. Diqqət etsəniz yeni xarici işlər naziri də ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin daha ciddi mövqe tutmasını və Azərbaycanın sülh yolu ilə problemi həll etmək istədiyini bir daha bəyan etdi. Bu, xarici siyasət idarəsinin yeni rəhbərinin kursu idi. Baxmayaraq ki, Müdafiə Nazirliyinin rəhbərliyi hərbi yolun daha anlaqlı və daha məntiqə uyğun olduğunu deyirlər. Lakin sözdən o yana keçə bilmirlər. Çünki savaş daha qlobaldır.
Diqqət edin, Rusiya proseslərə qarışmaq istəyilə Cənubi Qafqazda Kremlin mövqelərinin güclənməsinə çalışır. Bunun fonunda Türkiyənin də proseslərdə əvvəlki illərdən fərqli mövqe sərgilədiyinin şahidi oluruq. Türkiyə NATO ölkəsi olsa da, müstəqil hərəkət edir. Və Ankaranın NATO-dan kənar hərəkət etdiyi bütün bölgələrdə onun qarşısında Rusiya dayanıb. Liviyada da belədir, Suriyada da, İrqada da, Cənubi Qafqazda da. Türkiyə bunun fərqindədir. Amma Ankaranın daha böyük niyyətləri var. Türkiyə əvvəlki kimi olmaq istəmir. Buna görə də dəngələri dəyişməyə çalışır.
Bu istiqamətdə Türkiyənin Azərbaycana ciddi yardımları ola bilər. Bunun üçün isə Türkiyə mütləq Azərbaycanda olmalıdır. Ölkənin içində güc olaraq qalmalıdır. Yeri gəlmişkən, qeyd edim ki, mən hələ 2008-ci ildə Ermənistanla Türkiyənin sərhədlərinin açılması ilə bağlı mövqeyimi ifadə edəndə çoxları bunu fərqli şəkildə qiymətləndirmişdilər. Onların fikrincə, sərhədlərin açılması Ermənistanı iqtisadı cəhətdən gücləndirəcək. Əslində sərhədlərin açılması Türkiyənin Cənubi Qafqazda mövqelərini xeyli gücləndirəcəkdi. Bu isə əlbəttə ki, Azərbaycanın maraqlarına uyğun idi.
- Amma rəsmi Bakı o zaman buna sərt təpki verdi. Hətta Türkiyə ilə münasibətlərdə müəyyən qədər gərginlik yarandı. Sizcə, nədən Azərbaycan bu layihəyə “hə” demədi?
- O zaman Rusiyanın Azərbaycanda maraqlarını müdafiə edən məmur təbəqəsi buna qarşı çıxdı. Bəli, hətta Azərbaycan -Türkiyə münasibətlərində gərginlik yaşanmış oldu. Biz həmişə qeyd edirdik ki, Cənubi Qafqazda Rusiyanın hegemonluğuna qarşı hökmən Rusiyaya bərabər güc olmalıdır. Rusiya bərabər güc olacaqsa, proses bizim xeyrimizə cərəyan edəcək və hazırki vəziyyətdə biz Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması işini daha asanlaşdıra bilərdik.
Baxın, hazırda Ermənistanda Rusiyanı ictimai şüurdan çıxarmaq prosesi gedir. Demokratiya olan yerdə Rusiya yoxdur. Rusiya da bilir ki, Ermənistan demokratikləşsə ondan qoparaq sivil dünyaya inteqrasiya edəcək. Bu inteqrasiyanın içində isə Azərbaycan heç zaman Rusiyanın yanında olmayacaq. Deməli, Ruisiya Cənubi Qafqazdan çıxmış olacaq. Bu halda proses onun sərhədlərinə dirənəcək və Rusiyadakı mövcud siyasi sistemin dağılmasını, orada demokratikləşməni qaçılmaz edəcək.
- Azərbaycanla Türkiyə arasında hərbi ittifaqın yaradılması barədə fikirlər səsləndirlir. Rusiya və İran faktorunu nəzərə alsaq Bakı və Ankara arasında hərbi ittifaq ideyası reallaşa bilərmi?
- Azərbaycan gec-tez Türkiyə ilə hərbi müttəfiq olacaq. Hətta ortaq bazaların yaradılması da mütləq olacaq. Mən sadəcə arzu edərdim ki, bu daha geniş miqyasda olsun. Gürcüstan və Orta Asiya ölkələri də prosesdə yer alsın. Amma söhbət Cənubi Qafqazdan gedirsə, proses ilk olaraq Azərbaycandan başlamalıdır. Daha sonra dünyaya inteqrasiya edən və Rusiyanın basqılarından əziyyət çəkən Gürcüstan prosesə cəlb olunmalıdır ki, tərəflər Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın, o cümlədən də kövrək yox, daimi sülhün bərəqrar olması üçün töhvə verə bilsinlər.
- Avqustun 12-də Prezident İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. Rəsmi məlumata görə, İlham Əliyev telefon zəngində əsas məqsədin Rusiyadan Ermənistana silah daşınması məsələsinin aydınlaşdırılması olub. Rusiyanın Ermənistanı silah-sursatla təmin etməsi yeni xəbər deyil. Amma Bakının bununla bağlı izahat etməsi artıq yeni situasiyanın yarandığını göstərir. Bəzi analitiklər bunu Türkiyənin hərbi elitasının Bakıya səfəri, burada keçirilən hərbi təlimlər və hakimiyyətdəki Rusyaya yaxın məmurların artıq oyundankənar vəziyyətə salınması ilə izah edir. Sizin bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Hesab etmirəm ki, bu telefon zəngi Rusiyaya yaxın məmurların oyundankənar vəziyyətə salınması və Türkiyənin hərbi rəhbərliyinin Bakıya səfəri ilə bağlıdır. Məsələnin daha fundamental tərəfi var. Məsələ burasındadır ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Rusiya Rusiya Cənubi Qafqazdakı mövqelərini faktiki olaraq itirir. Rusiya da anlayır ki, bu onun Cənubi Qafqazdan çıxması prosesinin başlanğıcıdır. Bu gün Gürcüstanın ictimai fikrində Rusiya yoxdur, Ermənistanda da oxşar proses gedir. Güc strukturlarında Rusiyanın kadrlarının və agentura şəbəkəsinin ifşası, bundan əvvəl Rusiya telekanallarının milli mənəvi dəyərlər və təhlükəsizlik nöqteyi-nəzərindən qapadılması bu prosesin tərkib hissəsidir. Azərbaycan ictimai fikrində ən müxtəlif vasitələrlə - rus məktəbləri, mədəni əlaqələr və s. - Rusiyanı saxlamağa çalışsalar da, Türkiyə ondan öndə gəlir. Bu da onu göstərir ki, Kreml Ermənistanı da itirsə, artıq Cənubi Qafqaz ictimai fikrində Rusiya olmayacaq. Rusiyanın savaşı bundan ötrüdür. Moskva bunun vasitəsilə bütün baş verən proseslərlə, Azərbaycana sərt mövqeyi ilə və ölkəmizdə vəziyyəti qarışdırmaqla əslində prosesin fərqli bir istiqamətə getməsini şərtləndirən siyasət yürüdür. Bu siyasəti 90-larda yürüdüb.
Azərbaycanda hakimiyyət dəyişikliyi baş verib. Sonra Azərbaycan tərəfi Ermənistanı cəzalandırıb Qarabağın 52 faizi işğaldan azad olunub. Sonra Ermənistan o zamankı Qərb meylli prezidenti Ter Petrosyan Rusiyanın himayəsinə sığınmağa məcbur olub. Bundan sonra Rusiya Gümrüdə qoşunlarını yerləşdirməklə mövqelərini gücləndirməyə başlayıb. İndi yenə də Rusiya yenə də həmin layihəni gerçəkləşdirməyə çalışır. Rusiya başa düşür ki, Azərbaycandakı mövcud hakimiyyət nə qədər ona yaxın olsa belə, atacağı hər hansı bir addım Paşinyanın mövqeyini gücləndirə bilər. Çünki ortada Rusiya faktoru var. Rusiya faktoru da daxildə Paşinyanın mövqeyini gücləndirə bilər.
Ona görə də Rusiya Azərbaycanda Qərbə meyilli və demokratik hesab olunan bir adamın hakimiyyətdə olması, sonra isə hər iki tərəfin bir-birlə döyüşməsini təşkil etmək istəyir. Bu savaşda təbii ki, Rusiya arxasında olmadığına görə Ermənistanın məğlub olacağı mütləqdir. Bu halda Ermənistan yenidən Rusiyanın yanına qaçmaq məcburiyyətində qalacaq. Beləliklə, Kreml yenidən Ermənistanın ictimai fikrinə qayıtmaqla və nümayiş etdirəcək ki, bu ölkənin Rusiyasız mövcudluğu təhlükə altındadır. Bununla həm də bütövlükdə Cənubi Qafqazda təsir imkanlarını yenidən artırmağa başlayacaq.
- Belə çıxır ki, Rusiya Azərbaycanda hakimiyyət dəyişikliyinə çalışır?
- Hər halda Rusiya cəhd edir ki, Azərbaycan qarışsın. Bu necə olacaq, hansı sonucla bitəcək onu zaman göstərəcək.
- Bəs sizin gözləntiləriniz nədir?
- Onu deyə bilərəm ki, biz siyası partiya olaraq heç bir xarici dövlətin Azərbaycanda iqtidar qurmasını, hər hansı bir fərdin xarici dövlətlərin gücü ilə hakimiyyətə gəlməsini istəmirik. Ona görə istəmirik ki, gələn adam musiqini kim sifariş verənin maraqlarına oynayacaq. Biz isə xalqın maraqlarını nəzərə alan bir iqtidarın formalaşmasını istəyirik. Biz istəyirik ki, xalq seçə və maraqları təmin olunmayanda istefaya göndərə bilsin. Ona görə də Rusiya nə etsə belə, xaricdən gələn bir təhlükə kimi onun qarşısındayıq. Hətta bizim keçici maraqlarımız təmin olunsa belə, onun qarşısındayıq. Biz bilirk ki, hər kəs, hər bir dövlət, o cümlədən Rusiya öz marağı üçün oynayır. Rusiyanın maraqları içərisində isə mənim xalqımın maraqları yoxdur. Ona görə də Rusiya hansı oyunu oynamaq istəsə, biz onun qarşısında duracağıq.
Vidadi Məmmədov
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi