SƏNƏT FƏDAİSİ: Elmira Rəhimova kimdir? - VİDEO/FOTOLAR
13-08-2020 [18:59]
Nurlanə ƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
***
Biz bu sevimli xanım müğənnimizin səsi ilə böyüdük. Hər gecə, hər sabah öz səadətimizi axtara-axtara çox sevdiyimiz universitetə tələsdik, gələcəyə inanan tələbə adını daşıdıq, o mehriban, o əziz tələbəlik illərində seçdiyimiz ixtisasımızı, əziz müəllimlərimizi, qəhrəmanlar, nər oğullar diyarı ana Vətənimizi, istəyi nur, arzusu nur, hər qayası Koroğlu olan böyük Azərbaycanımızı sevdik, onu diyar-diyar gəzib, məhəbbəti neçə-neçə könüldə yuva quran Dördyolunun kəhrizi buz kimi olan gözəl Gəncəni, adı dillərdən düşməyən Bakını dolaşdıq...
Onun səsi, ifası sehrli bir aləm, ecazkar bir sənət çeşməsi oldu.
Və ötən illər ərzində dinlədikcə doymadığımız, bizi ovsunlayan təkrarsız, incə səsi, şirin avazı ürəyimizə məlhəm oldu... Beləcə, canlı karifeyimiz, Xalq artisti Elmira Rəhimova vurğunu olduğu o sənətin əlçatmazlığını, ucalığını hər zaman qoruyub saxlamağı bacardı...
Qısa arayış:

Elmira xanım Rəhimova 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət Dillər İnstitutunu (1970), Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965) bitirmişdir.
1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.
Elmira Rəhimova Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdir. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir.
Elmira Rəhimova 1950-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb, Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-1959, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənmişdi.

Elmira Rəhimova bir müddət Hindistanda yaşayıb. Müğənninin açıq səma altında oxuduğu Qənbər Hüseynlinin "Cücələrim" mahnısı sürəkli alqışlarla qarşılanıb. Ən maraqlısı o idi ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyurdu və sonra müğənnidən həmin mahnını təkrar etməsini xahiş etmişdi.
Xalq artistinin yaradıcılığı çoxşaxəlidir. Onun repertuarına xalq mahnıları, təsniflər, bəstəkar nəğmələri daxildir. Müxtəlif musiqi ansamblları ilə uğurla çıxış edən Elmira xanımın ifasında dəfələrlə eşitdiyimiz "Ana laylası", "Mən anayam", "Küsüb məndən", "Sənin gülüşlərin", "Odlar yurdu", "Tələbə", "Tələbəlik illəri", "Xoşbəxtlik", "Sən yadıma düşəndə" və başqa mahnıları çox fərqli və qeyri-adi bir ahəngdə olub.

Müğənninin ötən illərdə oxuduğu "Tələbəlik illəri", "Səadət", "Gəncəm", "Doğma diyar", "Saçları şəlaləsən", "Yenə sənsiz bu axşam", "Sən yadıma düşəndə"... mahnıları bu gün də dillər əzbəridir və yeni qədəmlərini atan müğənnilər onun təcrübəsindən bəhrələnir, bu sənətin sirlərini öyrənirlər.
Xalq artisti Elmira Rəhimovanın həm də gözəl ailəsi - bir oğlu və iki nəvəsi vardır. Onun evində adını daşıyan nəvəsi yaşayır...
P.S. Azərbaycanın Xalq artisti ELMİRA RƏHİMOVAnın doğum günüdür. Dəyərli sənətkarımızı təbrik edir, cansağlığı, yeni sənət sevincləri arzulayırıq!.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi