30-10-2013 [10:36]
Xəbər verdiyimiz kimi, dünən Ağdam rayon Məhkəməsində Tərtər rayon Baytarlıq İdarəsinin müdiri Məhərrəm Əliyevin xüsusi ittiham qaydasında Demokratiya.info Xəbər Portalının təsisçisi Xəyyam Salmanzadəyə qarşı qaldırdığı iddiaya baxılıb.
Qeyd edək ki, eyni ittiham üzrə 3-cü dəfə idi ki, məhkəməyə müraciət edən Məhərrəm Əliyev məhkəmə zalında da ərizəsini geri götürərək, iddiasından əl çəkib. Buna səbəb isə Baytarlıq İdarəsinin müdirinin fakt qarşısında qalması və bizim rayondakı vəziyyətlə bağlı yazdıqlarımızın həqiqət olması ilə bağlı olub. Xəyyam Salmanzadə bununla bağlı açıqlamasında qeyd edib ki, təkcə bu il ərzində Demokratiya.info 13 dəfə məhkəməyə verilib:
«Hər dəfəsində də bizə qarşı iddia qaldıran həmin məmurlar qələbə qazanacaqlarını düşünürdülər. Lakin əlimizdəki təkzibolunmaz faktların mövcudluğu həmin məmurları bir-bir geri çəkilməyə məcbur edib. Bu məhkəmə proseslərinin hamısında bizə qarşı iddia qaldıranların hamısı iddialarını geri çəkməli olublar. Tam əminliklə deyirəm ki, Demokratiya.info saytı kimsəyə qarşı qərəzli deyil və kampaniyalara da qoşulmur. Bizə əyalətlərdə və ölkədə baş verənləri olduğu kimi qələmə almağa çalışan az sayda saytlardan biriyik».
Salmanzadə vurğulayır ki, məmurların məhkəməyə müraciət etmə praktikası aradan qalxmalıdır. Onun sözlərinə görə, hər bir məmur haqqında yazılan istənilən informasiyaya dözümlü yanaşmalıdır:
«Bu məmurlar məhkəmələrə müraciət etməklə guya, bizi susdura biləcəklərini düşünürlər. Tövsiyyəm odur ki, bunca zəhmət və əziyyətə düşüncə, bircə dəfə telefonu qaldırıb münasibət bildirsinlər. Guya, aylarla məhkəmə qapılarında dolaşmaqdan bir fayda hasil olur?».
Demokratiya.info-nun rəhbəri məmurları Prezident İlham Əliyevdən nümunə götürməyə də çağırıb: «Cənab Prezident dəfələrlə bəyanatlarında bildirib ki, mətbuatın yazdıqlarına diqqət yetirir və ölkədə baş verənlərlə bağlı mediada yayımlanan xəbərlərin onun üçün əhəmiyyəti çoxdur. Eyni zamanda, dövlətimizin başçısı bütün məmurlara tapşırır ki, jurnalistləri məhkəməyə verməsinlər. Və buna nümunə olaraq özünü göstərir. Çünki dövlət başçımız heç bir zaman mətbuat nümayəndəsini məhkəməyə verməyib. İndi sual olunur ki, yerli məmurlar özlərini Prezidentdən üstünmü sayırlar?»
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi