Daha bir jurnalistin yaxını həkimlərin qurbanı oldu - faciə

img

30-10-2013 [10:14]



"Space” televiziyasının keçmiş müxbiri, hazırda "Unibank”ın PR işlərilə məşğul olan Sulhiyyə Şirinovanın ailəsində faciə baş verib. 

S. Şirinovanın 28 yaşlı bibisi qızı dünyasını dəyişib. Jurnalistin "Facebook” profilində yazdığı statusdan məlum olub ki, 7 aylıq hamilə olmuş bibisi qızı xəstəxanada beyin ölümü keçirib. Onun həm də yaş yarımlıq körpəsi var imiş: "Belə ölməzlər!!! Adama atasını, anasını, qardaşını, nəslini-kökünü belə yaman günə qoyub getməz, bizə yaman dağ qoydun getdin… 22 ildi mən belə yana-yana, göynüyə-göynüyə ağlamamışdım.

Belə ölməzlər e, ölməzlər… səni bir dillə ağlayan olmadı…28 yaşında gəlini belə zarıya-zarıya ağlamazlar.. ağlamazlar.. Amma heç kimi qınama… 10 gündü doğmaların sənin beyin ölümü keçirdiyin xəstəxananın qapısını , pəncərəsini, karidorlarını göz yaşları ilə yuyublar, gecəli-gündüzlü hərə öz bildiyi dilnən səni ağlayıb… sənin ananın- mənim bibimin gözündə yaş qalmayıb daha sənin o aparata qoşulmuş bədənini ağlamaqdan.. bütün əzbər bildikləri ağıları, laylaları deyib bitiriblər daha.. bu gün səni anan, xalan,bibin…. içi yanan hər kəs zarıya-zarıya ağladı. Səni heç cavan canına layiq urvatdı ağlayan olmadı…Allah kəsməsin məni….hamı kimi zarıdım eləcə…sənin anan- mənim bibim elə yumağa dönüb ki, sənin qırmızı ipəyə bürünmüş cansız bədənin yanında görmədim onu… elə hərdən batmış səsiynən zarıyırdı ki, ay camaat, mənim balam ölüb e…… mən niyə sağam…

Belə ölməzlər e, ölməzlər... bir üzü qız, bir üzü gəlin ölməzlər… toy lentin hələ qapınızdan açılmayıb…cehizinin yarısı hələ ata evindən ər evinə gəlməyib…yaş yarımlıq körpəni bu dünyada anasız qoyub, 7 aylıq körpəni bətnində aparmaz adam. Hər iki dünyada yetim qoymaz adam.

Deyirlər nəfəsin çıxmazdan öncə ölmüş körpəni bətnindən ayırıblar... o dünyaya qucağında apardın balaca balanı, elə məzara da eləcə qoyublar sizi- körpə mələyinlə birgə... 

Belə ölməzlər ey, belə ölməzlər.... adam anasın balasız qoymaz.....adam balasın anasız qoymaz... qoymaz....qoymaz...”. 

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA